Azərbaycanda ideyaların inkişafı, startap biliklərinin artırılması üçün pre-inkubasiya proqramı başlayır
Nextstep İnnovasiya Mərkəzi və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzi ölkədə innovasiya fəaliyyətinin davamlılığının təmin olunması, innovativ ideyaların inkişafı, startap biliklərinin artırılması üçün pre-inkubasiya proqramına başlayır.
12 həftə davam edəcək inkubasiya proqramının ilk mərhələsində startap təsisçilərinə müxtəlif sahələrdən olan mütəxəssislər mentorluq və kouçinq dəstəyi göstərəcək. Sonrakı mərhələdə proqram startapçılara təməl biliklər verməklə yanaşı, işlək məhsulu (MVP) yaratmaq və satış prosesini qurmaqda kömək edəcək. Burada əsas məqsad ideyanı formalaşdırmaq və onu inkişaf etdirməkdir. Həmçinin proqrama qəbul olunan komandalar proqramın sonuna qədər öz ideyalarına əsaslanan biznes prototipinin hazırlanmasına nail olmalıdırlar.
Pre-inkubasiya proqramında komandalar aşağıdakı mövzularda bilik əldə edəcəklər:
1. Biznes modelin hazırlanması və inkişafı
2. Bazar araşdırması və müştəri problemlərinin yoxlanılması
3. İlkin işlək məhsulun hazırlanması
4. İnvestisiya və “Pitch day”
İndiyə qədər pre-inkubasiya proqramına müraciət etmiş 12 startapdan 5 startap proqrama seçilib. Bunlar “Abyss”, “Legal”, “Auto Source”, “Utilix”, “Safavy” startaplarıdır.
Nextstep İnnovasiya Mərkəzinin və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək pre-inkubasiya proqramı 14 iyun - 2 sentyabr tarixlərində davam edəcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























