Mikayıl Cabbarov qablaşdırma sənayesindəki iş adamları ilə görüşüb
İqtisadiyyat Nazirliyində sahibkarlarla görüş keçirilibİqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların qarşılaşdıqları məsələlərin öyrənilməsi, onların aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə görüşlərin keçirilməsi davam etdirilir.
Aprelin 11-də iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası” İctimai Birliyinin üzvləri ilə görüşüb. Tədbirdə İqtisadiyyat Nazirliyinin aidiyyəti strukturlarının rəhbərləri və Assosiasiyaya üzv sahibkarlar iştirak ediblər.
İqtisadiyyat naziri digər sahələrlə yanaşı, müasir standartlara cavab verən qablaşdırmanın təşkili və bu sahədə idxaldan asılılığın azaldılmasının da əsas prioritetlərdən olduğunu bildirib. Ölkəmizdə sənaye və kənd təsərrüfatının inkişafının, istehsal və emalın artmasının, ixrac imkanlarının genişlənməsinin, dünya bazarında rəqabətin güclənməsinin qablaşdırma sənayesinin yeni texnologiyalara əsaslanmaqla təkmilləşdirilməsini zəruri etdiyini diqqətə çatdıran nazir sənayenin bu sahəsində yerli istehsalın genişləndirilməsi, idxaldan asılılığın azaldılması istiqamətində görülən işləri, dövlət dəstəyi tədbirlərini qeyd edib.
İqtisadiyyat naziri sahibkarların qarşılaşdıqları məsələlərin müəyyən edilməsi və onların aradan qaldırılması istiqamətində işlərin sistemli şəkildə davam etdiriləcəyini vurğulayıb, görüş iştirakçılarını fəal müzakirələrə, açıq dialoqa dəvət edib.
“Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Kamran Hacızadə qurumun fəaliyyəti barədə məlumat verib, qablaşdırma sənayesində istehsalın və keyfiyyətin artırılması üçün həyata keçirilməli olan tədbirlərlə bağlı təkliflərini bildirib, görüşün dövlət-biznes dialoqu çərçivəsində həyata keçirilən tədbirlərin davamı olduğunu, sektorda mövcud vəziyyətin dəyərləndirilməsi, bu sahədə atılacaq addımların müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.
Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 23 saat əvvəl
-
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















