Dövlət satınalmalarında şəffaflıq artırılacaq - Baş Prokurorluğun iştirakı tövsiyə edilir
Satınalmalarda iştirak edən şirkətlər üçün yeni öhdəlik müəyyənləşir.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı üzrə Tədbirlər Planında əksini tapıb.
İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət orqanları (qurumları ilə) birgə 2024-cü ilədək Dövlət satınalmalarında şəffaflığın artırılması məqsədilə bu sahədə nəzarətin gücləndirilməsi və yol verilən hüquq pozmalarına qarşı mübarizə tədbirlərinin artırılması təmin edilməlidir. Beləliklə, dövlət satınalma prosedurlarında şəffaflıq və və sağlam rəqabət mühiti təmin ediləcək. Bu prosesdə Baş Prokurorluğun iştirakı da tövsiyə edilir.
"Milli Fəaliyyət Planı”nı üzrə Tədbirlər Planında həmçinin, Nazirlər kabinetinə İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Monitorinqi Xidməti ilə birlikdə 2026-cı ilədək dövlət satınalmalarında iştirak edən şirkətlərə benefisiar mülkiyyətçinin açıqlanması öhdəliyinin müəyyən edilməsi ilə bağlı təkliflərin təqdim edilməsi də tapşırılıb. Bu prosesdə Baş Prokurorluğun iştirakı da tövsiyə edilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 23 saat əvvəl
-
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























