Azərbaycanda dövlət satınalmalarında iştirak edən şirkət sahibinin adını açıqlamalı olacaq
Azərbaycanda dövlət satınalmalarında iştirak edən şirkətlərə benefisiar mülkiyyətçinin açıqlanması öhdəliyinin müəyyən edilməsi ilə bağlı təkliflərin təqdim edilməsi planlaşdırılır.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.
Sənədə əsasən, sözügedən vəzifənin icrası İqtisadiyyat Nazirliyinə, Ədliyyə Nazirliyinə və Maliyyə Monitorinqi Xidmətinə həvalə olunub.
Dövlət satınalmalarında iştirak edən hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri üzrə strateji təhlillərin aparılması, hüquqi şəxslərin benefisiar mülkiyyətçilərinin müəyyən edilməsinə dair təkliflər hazırlanması, dövlət satınalmalarında şəffaflığın təmin edilməsi nəzərdə tutulub.
Benefisiar mülkiyyətçi - hüquqi şəxs üzərində sahibliyi olan, ondan yararlanan, nəzarəti və idarəetməni həyata keçirən, qərarların qəbul edilməsində təsirə malik olan fiziki şəxs deməkdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 23 saat əvvəl
-
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























