Gələn il Azərbaycana daxil olan xarici valyutanın çıxanı üstələyəcəyi proqnozlaşdırılır
"2022-ci ildə qlobal tələbin genişlənməsi və bu şəraitdə neft qiymətinin dinamikası, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft ixracının dinamikası Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaqdır. Qiymətləndirmələrə görə 2022-ci ildə neftin hətta 50 ABŞ dolları qiymətində tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in təxminən 4%-i səviyyəsində profisit gözlənilir".
Marja.az-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Qeyd edilib ki, 2021-ci ilin 11 ayında xarici ticarət balansının profisiti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.8 dəfə artaraq 9.4 mlrd. ABŞ dolları təşkil etmişdir. Qeyri-neft ixracı 44%, qeyri-neft idxalı isə 9% artmışdır. 9 ayda tədiyə balansının cari əməliyyatlar hesabında 3.9 mlrd. ABŞ dolları və ya ÜDM-in 11%-i səviyyəsində profisit yaranmışdır.
Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları 11 ayda 4.4% (2.2 mlrd. ABŞ dolları) artaraq 53 mlrd. ABŞ dollarını, Mərkəzi Bankın ehtiyatları isə 10.2% artaraq 7 mlrd. ABŞ dollarını üstələmişdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
4 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























