“AniPay ilə ödə və qazan” adlı stimullaşdırıcı lotereya üzrə qaliblər müəyyən olunub
10 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankında cəmiyyətdə rəqəmsal ödənişlərə marağın artırılması məqsədilə həyata keçirilən və cari ilin noyabr ayını əhatə edən “AniPay ilə ödə və qazan” adlı stimullaşdırıcı lotereyanın uduş fondu oynanılmışdır.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, lotereya “Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası”nın 5.2.1-ci yarımbəndi üzrə “Mərkəzi Bank tərəfindən stimullaşdırıcı lotereyanın keçirilməsi” tədbiri çərçivəsində innovativ ödəniş həlləri təqdim edən Ani Ödənişlər Sistemindən (AÖS) istifadənin təşviqi, habelə ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan siyasətin dəstəklənməsi məqsədilə keçirilmişdir.
Lotereya dövründə AÖS vasitəsilə minimum 5 (beş) manat məbləğində köçürmə əməliyyatı aparan istifadəçilər lotereyada iştirak hüququ əldə etmişdir. Yalnız fiziki şəxslər arasında aparılan əməliyyatları əhatə edən lotereyada ölkə üzrə ümumilikdə 400 nəfər qalib elan olunmuşdur. Hər bir qalib üzrə 100 (bir yüz) manat təşkil edən uduş məbləği qalib şəxslərin bank hesablarına köçürülərək bu barədə qalib şəxslərə müvafiq banklar tərəfindən məlumat veriləcəkdir. Lotereya iştirakçıları, eyni zamanda, https://anipay.az/lottery resursunda FİN (Fərdi İdentifikasiya Nömrəsi) məlumatını daxil etməklə lotereyada qalib olub-olmadığını öyrənə bilərlər.
Qeyd edək ki, hazırda 20 bank, “Azərpoçt” MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi AÖS platformasına inteqrasiya olunmuşdur. İstifadəçilər AÖS-ün “AniPay” mobil tətbiqi (Android: http://bit.ly/3b78WQo və IOS: https://apple.co/3hXL17u), habelə bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərinin “AniPay” funksionallığı bölməsindən istifadə etməklə 24/7/365 rejimində əməliyyatlarını anında həyata keçirə bilərlər. Sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilməkdədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
12 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















