“Biz artıq problemlərimizi bitirmişik”
Hazırda “AtaBank”ın xarici valyutada olan əmanətləri geri qaytarmaqda çətinliyi yoxdur.
“Marja”nın məlumatına görə, bunu bu gün keçirilmiş mətbuat konfransında “AtaBank”ın İdarə Heyətinin sədri Dəyanət Quliyev deyib.
“Sirr deyil ki, ötən il bazarda valyuta qıtlığı mövcud idi. Bunula əlaqədar olaraq, xarici valyutada iri məbləğdə əmanəti olan əmanətçinin vəsaitini qaytarmaqda çətinlik yarandı. Biz belə müştərilərimizə əmanətini Manatda götürməyi təklif etdik, lakin onlar razı olmadılar. Hazırda bu problem həll olunub.
Devalvasiyalar bank sektoruna, o cümlədən “AtaBank” üçün təsirsiz ötüşmədi. “AtaBank” bu təsirin öhdəsindən layiqincə gələ bildi. “Caspian Development Bank”ın “AtaBank”a birləşməsi nəticəsində daha güclü bank yarandı”, - Azərbaycanın ən böyük 8-ci bankının sədri deyib.
Mətbuat konfransında, “AtaBank” ayaq üstədir. Birləşmə nəticəsində daha da böyüdü” deyən Bankın İdarə Heyəti sədrinin müavini Etibar Babaşlı sözlərinə belə davam etdi:
“Biz artıq problemlərimizi bitirmişik. Həmin problemlər sadəcə bizim problemlər deyildi, ümumi maliyyə sektorunun problemləri idi. İki bankın birləşməsindən sonra Bankın daha fərqli istiqamətlərdə inkişafı nəzərdə tutulur. Növbəti 3 il üçün inkişaf strategiyası da hazırlanıb”.
18-Cİ YERDƏN 4-CÜ YERƏ QALXIB
E.Babaşlının sözlərinə görə, konsolidasiyadan sonra “AtaBank”ın bazar mövqeləri əhəmiyyətli şəkildə güclənib. Bankın cəmi kapitalı 142.8 mln. təşkil etməklə ölkə bankları arasında 4-cü mövqeni tutur (inteqrasiya prosesindən öncə 18-ci yer). Bankın aktivləri əvvəlki illə müqayisədə 29.8% artıb və 607.3 mln. manat təşkil edərək ölkənin 31 bankı arasında 14-cü yerdən 8-ci yerə qalxmağa imkan verib.
Bankın konsolidasiya prosesi müştərilərin inamının artmasına, xidmətin yaxşılaşdırılmasına, etibarın möhkəmlənməsinə imkan verib. Nəticədə bankın xidmət etdiyi fiziki şəxslərin sayı 11.9%, hüquqi şəxslərin sayı isə 15.9% artıb. Müddətli əmanət portfelinə görə, banklar arasında 6-cı yerdə sıralanan “AtaBank” ASC-də fiziki şəxslərin əmanətləri 222,7 mln. manata çatıb ki, bu da bank sektorunda 6-cı mövqedir.
Bankın xidmət və maliyyə infrastrukturu möhkəmlənib. Hazırda “AtaBank” filial şəbəkəsinə görə 31 filial və şöbə ilə ölkə bankları arasında 5-ci, ATM şəbəkəsinə görə 3-cü, POS-terminal sayına görə isə 1-ci yerdə qərarlaşıb. “AtaBank” ASC-nin bu günə kredit portfeli 546,1 mln manat təşkil edir. E.Babaşlının sözlərinə görə, bu göstəriciyə görə təmsil etdiyi kredit təşkilatı ölkə bankları arasında 4-cü yerdədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 22 saat əvvəl
-
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























