EGA şirkəti Legal 500 və ACCA tərəfindən beynəlxalq səviyyədə tanınıb
(®) EGA beynəlxalq səviyyədə iki mühüm nailiyyət əldə edib.
Şirkət nüfuzlu Legal 500 hüquq reytinqində yer alaraq hüquq sahəsində ixtisaslaşmasının və göstərdiyi xidmətlərin beynəlxalq səviyyədə tanındığını təsdiqləyib. Eyni zamanda, EGA ACCA (Association of Chartered Certified Accountants) tərəfindən “Approved Employer – Professional Development” statusuna layiq görülüb.
Legal 500 dünyanın aparıcı hüquq reytinqlərindən biri olmaqla, hüquq firmalarının fəaliyyətini müştəri rəyləri, həyata keçirilmiş layihələr və bazardakı real təsir imkanları əsasında qiymətləndirir. Bu reytinqə daxil olmaq yüksək peşəkarlıq, ixtisaslaşma və etibarlı xidmət keyfiyyətinin göstəricisi hesab olunur.
Azərbaycanda fəaliyyət göstərən məhdud sayda — ümumilikdə 23 şirkətin yer aldığı bu siyahıda EGA-nın təmsil olunması onun hüquq bazarında formalaşdırdığı güclü mövqenin nəticəsidir.
Legal 500 tərəfindən EGA aşağıdakı istiqamətlər üzrə yüksək qiymətləndirilmişdir:
• Əqli mülkiyyət hüququ (əmtəə nişanları, müəllif hüquqları, patentlər)
• Kommersiya hüququ (xüsusilə xarici hüquqi şəxslərin Azərbaycanda təsis edilməsi, dövlət qeydiyyatı və fəaliyyətinin hüquqi müşayiəti)
• Hüquqi uyğunluq (compliance)
EGA-nın əldə etdiyi digər mühüm nailiyyət isə ACCA Approved Employer – Professional Development statusudur. Bu status şirkətin əməkdaşlarına beynəlxalq səviyyədə tanınan mühasibat və maliyyə kvalifikasiyası olan ACCA proqramı üzrə inkişaf üçün uyğun və strukturlaşdırılmış mühit yaratdığını təsdiqləyir. “Approved Employer” proqramı çərçivəsində tətbiq olunan Professional Development (PD) sistemi əməkdaşların peşəkar inkişafının planlı və davamlı şəkildə təşkil olunduğunu göstərir və bu yanaşma ACCA tərəfindən rəsmi şəkildə tanınır.
Ümumilikdə, bu iki beynəlxalq tanınma EGA-nın hüquq və maliyyə konsaltinqi sahəsində yüksək peşəkar standartlara uyğun fəaliyyət göstərdiyini, həmçinin insan kapitalının inkişafını strateji prioritet kimi müəyyən etdiyini bir daha təsdiqləyir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
9 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)




.jpg)













