"Biz bunu 1973-cü ildən bəri görməmişik"
Bu qış kəskin soyuq hava şəraitində qazın qiyməti yeni pik həddinə çata bilər - Saxo BankSoyuq qış proqnozları özünü doğrultsa, qaz və neft qiymətləri bu qış yeni pik həddinə çata bilər.
Marja.az xəbər verir ki, bu fikri Danimarkanın investisiya bankı “Saxo Bank”ın investisiyalar üzrə direktoru Steen Jacobsen deyib.
Belə olan halda dünyada enerji böhranı pik həddinə çatacaq.
“Düşünürəm ki, bu qış biz enerji böhranının pik nöqtəsini görəcəyik. Biz bunu 1973-cü ildən bəri görməmişik. Bu il, bu qış biz enerji böhranının pik nöqtəsini görəcəyik”, - deyə o, enerji böhranı ilə bağlı sualı cavablandırıb.
Yakobsen bunun fonunda neftin də bahalaşacağını düşünür: “2022-ci ilin birinci rübündə neftin qiymətinin bir barel üçün 100 dollardan yuxarı olduğunu görsək, təəccüblənmərəm”.
Eyni zamanda, Yakobsen hesab edir ki, pik həddi keçdikdən sonra enerji böhranı 2022-ci ildə başa çatacaq.
“Mən təbii ki, meteoroloq deyiləm, lakin atmosferin yuxarı təbəqələrinin soyuma sürəti ilə bağlı əsas uzunmüddətli proqnozlara nəzər salsaq, qışın çox soyuq olacağı ehtimalı çox yüksəkdir. Bu, eşitdiyim meteoroloji araşdırmaya görədir. Bu halda təbii qaz, neft və LNG qiymətləri artacaq, çünki ehtiyat səviyyələri aşağıdır. Bu, bir növ "fırtınadır". Yəni anbar səviyyəsi aşağıdır, hava soyuqdur və qiymətlər onsuz da bahadır. Qiymət hara gedə bilər?" Təbii ki, yalnız daha yüksəklərə"- deyə Steen Jacobsen deyib.
"Saxo Bank" ekspertlərinin fikrincə, qazın qiymətinin dəyişkənliyindəki mövcud pauza müvəqqəti xarakter daşıyır: "Biz həm Asiyada, həm də Amerika və Avropada qiymətlərin yüksəlməsi perspektivini görürük".
Əvvəllər "Qazprom"da bildiriblər ki, onlar da yaxın aylarda Avropada qazın qiymətində nəzərəçarpacaq azalma gözləmirlər. Qiymətin regionda min kubmetr üçün 1000 dollar dəyərində olması dayanıqlı deyil.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
7 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)











.jpg)







