Azərbaycanda su problemlərinə innovativ həll yolları axtaran startapçılar üçün “Bootcamp” keçirilib
Azərbaycan mövcud su problemlərinə innovativ həll yollarına istiqamətlənən “from Start to Smart” layihəsi çərçivəsində formalaşn komandalar üçün keçirilən “Bootcamp” yekunlaşıb.
DVC (“Vətəndaş Cəmiyətində Debat” İctimai Birliyi) və “Coca Cola Company”-nin birgə programıd olan “Youth inc.” programından Marja-ya verilən məlumata görə, 6 aprel 2021-ci il açılış mərasiminin baş tutduğu layihə çərçivəsində bu günədək Bakı və Gəncə şəhərlərində, eləcə də Abşeron, Qobustan, Şəki, Lənkəran və Sabirabad rayonlarında layihənin canlı və onlayn təqdimatları keçirilib. Həmçinin, ekspertlərin öz bilik və təcrübələrini iştirakçılarla bölüşdüyü su ilə bağlı müxtəlif mövzularda silsiləvi onlayn vebinarlar baş tutub. Eyni zamanda “Bootcamp” öncəsi iştirakçıların layihə müddətində birgə çalışacaqları mentorlar ilə yaxından tanış olduqları görüş keçirilib. Açıq diskussiya formatında davam edən görüş zamanı növbəti addımlar və iştirakçıların sualları müzakirə edilib.
Avqustun 5-dən 11-dək davam edən “Bootcamp”ın əsas məqsədi su problemləri ilə əlaqədar komandaların innovativ biznes ideyalarını/startaplarını inkişaf etdirmələri üçün təməl mövzularda mentorlar tərəfindən dəstəyin göstərilməsi olub.
Yeddi gün ərzində baş tutan “Bootcamp”da Pre-inkubasiya mərhələsində olan komanda üzvlərinin innovativ biznes ideyalarını tətbiq etməsi üçün Sahibkarlığa ümumi giriş, Alternativ enerji, Biznes modelin hazırlanması, Kimyəvi əlaqələr, İT məsələləri, Müştəri profili, Satış və marketinq, Mexanika mühəndisliyi, Prototipin hazırlanması, İnşaat mühəndisliyi, Biznes ideyanın təqdim olunması, Elektrik mühəndisliyi, Geologiya və Geofizika, Ekologiya, Maliyyə savadlılığı, Təqdimat və netvörkinq bacarıqları kimi təməl mövzularda ekspert və mentorların moderatorluğu ilə onlayn təlimlər baş tutub.
“from Start to Smart” layihəsi sahibkarlığın, startapların inkişafına yönələn və mövcud su problemlərin innovativ həllinə istiqamətlənən 9 aylıq müddəti əhatə edən 4 mərhələli bir layihədir. Layihənin əsas istiqamətlərini ölkəmizdə mövcud su problemləri haqqında məlumatlılığı artırmaq, yeni iş imkanları yaratmaq, icmalarda suya çıxış imkanlarını yaratmaq, sahibkarlıq və startaplar haqda məlumatlılığı və fəaliyyəti artırmaq təşkil edir.
Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “İnnoland” İnkubasiya və Akselerasiya Mərkəzi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Azərbaycan Mühəndislər Birliyinin tərəfdaşlığı və “Global Water Challenge” və “Coca-Cola” Fondunun nəzdində fəaliyyət göstərən “New World” Proqramının maliyyə dəstəyi ilə “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən həyata keçirilir.
Layihənin yekununda qalib komandalar mövcud investisiya fondundan müvafiq investisiya əldə etmək imkanı qazanacaq.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
4 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























