Azərbaycanda 4472 xarici investisiyalı şirkət fəaliyyətini dayandırılıb
2021-ci il iyunun 1-dək 16 min 121 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.
Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən bildirilib ki, bunlardan 10 min 787-sinin fəaliyyəti aktivdir, 4472-sinin fəaliyyəti dayandırılıb, 862-si isə ləğv edilib.
Hesabat dövründə fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artıb.
Qeydiyyatda olan xarici investisiyalı kommersiya hüquqi şəxslərin 18,2 faizi xarici hüquqi şəxslərin Azərbaycandakı nümayəndəliyi və ya filialı, 78,1 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyəti və kooperativ, 2,6 faizi isə digər təşkilati-hüquqi formalardadır.
Bu ilin yanvar-may aylarında dövlət qeydiyyatından keçmiş 359 xarici investisiyalı kommersiya hüquqi şəxsin 29 faizi ticarət, 27 faizi xidmət, 13,1 faizi tikinti, 30,9 faizi isə digər sahədə fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
8 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























