Avropa İttifaqının dəstəyilə Azərbaycanda təsərrüfatlar şərab istehsalı üçün birləşib
Avropa İttifaqının (Aİ) Azərbaycanda maliyyələşdirdiyi kənd təsərrüfatının inkişafına dəstək verən layihələrdən biri “Slow Food” layihəsidir. Layihə ötən ilin sonunda başlayıb və 2021-ci ilin noyabr ayında başa çatacaq.
Marja xəbər verir ki, icra edilən işlərin media nümayəndələrinə təqdimat zamanı bildirilib ki, “Slow Food” layihəsinin kompenenetlərindən biri şərab istehsalıdır.
Layihə çərçivəsində 200 təsərrüfat sahibi ilə görüş keçirilib. Ata-baba fındığı, itburnu və Mədrəsə şərabı istehsalı ətrafında fermerləri icma yaratmaq üçün birləşdirib. İstehsalçı qurupların istehsal edəcəkləri məhsulların həm yerli, həm də xarici bazarlarda təbliği nəzərdə tutulur.
Qeyd edilib ki, təsərrüfatların şərabın qablaşdırılması və etiketləmə üzrə çətinlikləri var. Layihə çərçivəsində bu istiqamətlərdə təsərrüfatlara kömək göstəriləcək. Şərabın böyük istehsal müəssislərindən birində istehsalı üçün danışıqlar da aparılır.
Qeyd edək ki, Avropa İttifaqının kənd təsərrüfatı layihələri ölkə ərazisinin dörddə birini əhatə edən 28 regionda icra edilir. Bu layihələr vasitəsilə yerli və regional hakimiyyət orqanları, sahibkarlar, ailə müəssisələrinin üzvləri və fermerlər də daxil olmaqla 4500 nəfərə (onlardan 2000 nəfəri qadındır) dəstək göstərilib.
Kənd yerlərində həyata keçirilən qrant layihələri çərçivəsində 240-a yaxın mikro və kiçik müəssisə yaradılmış və ya genişləndirilmişdir, 50-yə yaxın kooperativ və qeyri-formal istehsalat qrupları, iqtisadi və sosial fəaliyyət üçün 30 icma qadın qrupu yaradılmışdır, dörd qanunvericilik təklifi (arıçılıq, kənd turizmi, heyvandarlığın inkişafı və qadınların hüquqları) parlamentə və digər müvafiq maraqlı tərəflərə təqdim edilmişdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
6 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















