“Naxçıvanda qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsinə start verilib
Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin elan etdiyi “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsinin icrasına start vermişdir. Layihə Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqla həyata keçiriləcək.
Layihənin əsas məqsədi Naxçıvan Muxtar Respublikasında yaşayan qadınların bilik və bacarıqlarını artırmaqla, onlara iş imkanları yarada biləcək şəxsi bizneslərin qurulmasına texniki və maliyyə dəstəyi verməkdir.
Layihə sağlamlıq imkanları məhdud qadınlar da daxil olmaqla, kənd icmalarından olan 20 nəfər qadının biznes bacarıqlarının, maliyyə savadlılığının, maliyyə resurslarına çıxışının və təşkilati bacarıqlarının yaxşılaşmasına kömək edəcək. Onlar biznes fəaliyyətinə başlamaq üçün sərmayə kapitalı ilə təmin olunacaq.
Layihə həmçinin DİM 1-yoxsulluğun azaldılması, DİM 2 – aclığın aradan qaldırılması, DİM 3 - yaxşı səhhət və rifah, DİM 4 – keyfiyyətli təhsil, DİM 5- gender bərabərliyi və DİM 8- layiqli iş və iqtisadi inkişaf kimi məqsədlərə mümkün mənfi təsirin aradan qaldırılmasına töhfə verəcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
6 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























