Peyvənd olunmuş pensiyaçılara Azərbaycan Beynəlxalq Bankından güzəşt
(®️) Azərbaycan Beynəlxalq Bankı COVID-19 koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə ölkəmizdə həyata keçirilən kütləvi peyvəndlənmə prosesinə dəstək məqsədilə maraqlı bir kampaniyaya başlayıb. Bank peyvənd olunan pensiyaçılara nağd pul kreditini 2% endirimlə təklif edir. Bu güzəşt imkanından Azərbaycan Beynəlxalq Bankının peyvənd olunmuş hər bir pensiya kartı sahibi faydalana bilər.
Kampaniyanın özəllikləri:
Məbləğ - 20 000 manatadək
Müddət 48 ayadək
İllik faiz dərəcəsi – 16%-dən başlayaraq
Kampaniya 20 may tarixinə qədər keçərlidir.
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına yaxınlaşmaq kifayətdir. Pensiyaçı müştərilər COVID-19 koronavirus infeksiyasına qarşı peyvənd olunmaları barədə sənədi də təqdim etməlidirlər. Əməkhaqqı, yaxud pensiya kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə Bankdan nağd pul kreditini əvvəlcədən sifariş vermək olar. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.
Xatırladaq ki, Azərbaycanda əhalinin kütləvi peyvəndlənməsi prosesinə yanvarın 18-dən start verilib. Proses dövlət hesabına, yaş qrupları üzrə mərhələli şəkildə həyata keçirilir. Vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə peyvəndlənmə üçün onlayn qaydada növbə götürə bilərlər.
Əhalinin sağlamlığının qorunması Azərbaycan Beynəlxalq Bankı üçün də ən mühüm məsələlərdəndir. Bank dövlətin bu sahədə həyata keçirdiyi tədbirlərə korporativ sosial məsuliyyəti çərçivəsində dəstək verməyə çalışır.
Azərbaycan Beynəlxalq Bankının müasir, universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
25 d. əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
3 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
4 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Fevralın 24-də gözlənilən hava şəraiti
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
























