Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.
Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ildə ölkə üzrə əhalinin sayı 37 min 462 nəfər və ya 0,4 faiz artaraq 2026-cı il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 262 min 351 nəfərə çatmışdır.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.02.2026-cı il tarixədək işğaldan azad edilmiş ərazilərə 27 min 123 nəfər keçmiş məcburi köçkün geri qayıtmış, bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 74 min 750 nəfər təşkil etmişdir.
Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Cari ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23,0 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,1 faizi Şəki-Zaqatala, 5,8 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi MilMuğan, 4,9 faizi Şirvan-Salyan, 3,2 faizi Dağlıq Şirvan, 3,0 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşamışdır. Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 119 nəfər olmuşdur.
2025-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 95 min 875 doğulan körpə qeydə alınmış (2024-cü ildə 102 min 310 doğulan körpə qeydə alınmışdı) və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,4-ə düşmüşdür.
Doğulan körpələrin 53,1 faizi oğlan uşaqları, 46,9 faizi isə qız uşaqları olmuşdur.
Körpələrdən 3170-i əkiz, 117-si isə üçəm doğulmuşdur. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (11,8), Qarabağ (11,3), Lənkəran-Astara (11,2), Şərqi Zəngəzur (11,1), Mil-Muğan (10,8), Şirvan-Salyan (10,7), Qazax-Tovuz və Mərkəzi Aran (10,6), Quba-Xaçmaz (10,5) iqtisadi rayonlarında ölkə göstəricisindən (9,4) yüksək olmuşdur.
Ötən il ölkədə 59 min 834 ölüm halı qeydə alınmış (2024-cü ildə 58 min 909 ölüm halı qeydə alınmışdı) və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalmışdır. Ölənlərin 2292 nəfəri (3,8 faizi) 0-17 yaşda, 5839 nəfəri (9,8 faizi) 18-49 yaşda, 14230 nəfəri (23,8 faizi) 50-64 yaşda, 37473 nəfəri (62,6 faizi) isə 65 və yuxarı yaşda olmuşdur.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən keçən il ərzində ölkədə 48 min 546 nikaha daxilolma və 20 min 675 boşanma halları qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşmüşdür. Nikaha daxilolma səviyyəsi Qarabağ (5,7), Şərqi Zəngəzur (5,6), Dağlıq Şirvan, Lənkəran-Astara və Mil-Muğan (5,1), Şirvan-Salyan (5,0), Mərkəzi Aran (4,9), Bakı şəhəri və QubaXaçmaz (4,8) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,7) yüksək olmuşdur.
Ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3 min 436 nəfər gələn, Azərbaycandan isə 2015 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu ölkə üzrə müsbət 1421 nəfər təşkil etmişdir.
Müştərilərin xəbərləri
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
-
20 d. əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
- 39 d. əvvəl
-
1 saat əvvəl
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
-
2 saat əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
2 saat əvvəl
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Click to Pay with Visa" — "Epoint"də onlayn "checkout" üçün yeni standart
-
2 saat əvvəl
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
SİMA rəqəmsal imza Birbank-da!
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır






.jpg)






.jpg)






