Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Mərkəzi Bankın açıqlamasından "lazım olsa əlavə sərt tətbirlər görüləcək və sərt pul siyasəti uzun müddət qorunacaq" ifadələrinin çıxarılması bazarlar tərəfindən neqativ qəbul edilib.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.
Marja xəbər verir ki, gözlənildiyi kimi, TCMB pul siyasəti faizində dəyişiklik etməyib və 19% səviyyəsində saxlayıb.
Faiz qərarı TCMB-nin yeni sədrin ilk yığıncağında qəbul edilib.
Mərkəzi Bank qeyd edib ki, tələb və xərc ünsürləri, bəzi sektorlardakı tələb məhdudiyyətləri inflyasiya üzərində risk yaratmağa davam etməkdədir. Mövcud pul siyasətinin kreditlər və daxili tələb üzərindəki yavaşladıcı təsirlərinin önümüzdəki dövrdə daha çox görünəcəyi nəzərdə tutulmaqdadır. Bu istiqamətdə Mərkəzi Bank, siyasət faizini sabit saxlayaraq sərt pul siyasətinin qorunmasına qərar vermişdir.
TCMB, təməl məqsədi olan qiymət sabitliyi istiqamətində əlindəki bütün vasitələri istifadə etməyə davam edəcək. İnflyasiyada qalıcı enişə işarə edən güclü göstəricilər yaranana və ortamüddətli 5% hədəfinə çatana qədər siyasət faizi güclü dezinflyasiyaya xidmət edəcəkdir.
Qərardan sonra Dollar/TL məzənnəsi 8.03 səviyyələrindən 8.11 səviyyəsinədək yüksəlib (Türk Lirəsi ucuzlaşıb). Buna səbəb bazar iştirakçılarının Mərkəzi Bankın açıqlamasında "lazım olsa əlavə sərt tətbirlər görüləcək və sərt pul siyasəti uzun müddət qorunacaq" ifadələrini oxuya bilməməsidir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
11 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi


























