"McDonald`s Azərbaycan"ın qeydiyyata alınmasından imtina olunub
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 26-27 yanvar 2021-ci il tarixlərində qida məhsulları sahəsində fəaliyyət göstərən 47 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, həmin tarixdə 7 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub. Həmin subyektlər arasında "McDonald`s Azərbaycan" da var.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
1 | "MCDONALD`S AZƏRBAYCAN" QSC | İctimai iaşə | Sahibkar fəaliyyətə başlamamışdır. |
2 | Ələsgərov Nasil Pirverdi oğlu | Emal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
3 | Nəhmətova Hökümə Burhan qızı | Pərakəndə satış | Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
4 | Quliyev Hafiz Böyükağa oğlu | Pərakəndə satış | Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
5 | Hüseynov Novruz Əli oğlu | Pərakəndə satış | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
6 | Məmmədov Vahid Xamməd oğlu | Pərakəndə satış | Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
7 | Əzimov Şəfahət Əliş oğlu | Pərakəndə satış | Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
9 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib


























