“PAŞA Holding” illik gəlirini açıqlayıb
“PAŞA Holding” MMC 2019-cu ili 1,5 milyard manat cəmi gəlir ilə başa vurub. Halbuki, holdinq 2018-ci ili 1,3 milyard manat cəmi gəlir ilə bağlamışdı.
Marja holdinqin saytına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “PAŞA Holding”in cəmi aktivləri 1,1 milyard manat artaraq 11,9 milyard manata, cəmi kapitalı isə 200 milyon manat artaraq 2,6 milyard manata çatıb.
31 dekabr 2019-cu il tarixi üçün holdinqin Azərbaycanın bank sektorunda aktivlər üzrə bazar payı 27.6% (2018-ci ilin sonunda 28,5% idi), işçilərinin sayı isə 8 500 nəfərdən çox olub. 2019-cu ildə Holdinqin işçilərinin sayı 2200 nəfərdən çox artıb.
2006-cı ilin noyabr ayında yaradılan, baş ofisi Bakıda yerləşən "PAŞA Holding" MMC fəaliyyət göstərdiyi illər ərzində Azərbaycanın ən öndə gedən və korporativ idarəetmə təcrübəsini öz fəaliyyətində rəhbər tutan milli özəl biznes qruplarından birinə çevrilib. Holdinqin əsas investisiyaları maliyyə xidmətləri - bankçılıq və sığorta, tikinti, turizm və daşınmaz əmlak kimi qeyri-neft sektorlarında cəmlənib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
9 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























