“Dövlət büdcəsinin kəsiri hər il artır”
“Azərbaycanın dövlət büdcəsinin kəsirində gələn il də artım olacaq. Ümumiyyətlə büdcənin kəsiri hər il artır”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci il üçün dövlət və icmal büdcələrinin layihələrinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.
“Bəzən büdcə kəsirinin maliyyələşdirilməsi ilə bağlı dayanıqlılığın itirilməsi problemi ilə qarşılaşırıq. Bütövlükdə, qeyri-müəyyənliklər, görəcəyimiz bərpa işləri ortamüddətli dövrdə proqnozlaşdırılır və bizim ortamüddətli proqramımıza ciddi təsir göstərəcək. İndiki reallıqlar, xüsusilə neft reallıqları tələb edir ki, daha yığcam rejimə keçək, yenidən büdcə qaydasına qayıdaq, makroiqtisadi dayanıqlılığı təmin edək”.
“Azərbaycan manatının məzənnəsi sabitdir, monetar sabitlik tam təmin edilib. 2018-2020-ci illərdə manatla pul bazası 54%-ə qədər artacaq. Bu il manatla verilən kreditin faizi 5,3 faiz bəndi azalıb. Son nəticədə o cümlədən biznes kreditlərində artım var”, - deyə o, qeyd edib.
“Bu il Mərkəzi Bankın valyuta ehtiyyatları 3 fazi artıb”
“2020-ci il pandemiya ilə mübarizə çərçivəsində keçib. Bütün bunların Azərbaycan iqtisadiyyatına da təsiri olub. Ancaq görülən tədbirlər nəticəsində makroiqtisadi sabitlik təmin edilib”,- Mərkəzi Bankın sədri deyib.
Onun sözlərinə görə, ölkənin strateji valyuta ehtiyatları il ərzində sabit qalıb: “Mərkəzi Bankın valyuta ehtiyyatları isə ilin əvvəlindən 3 fazi artıb”.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)








.jpg)







