"Azərtunel"də mühüm hadisə - TƏSİSÇİ BÖYÜK MƏBLƏĞDƏ PAYINI GERİ GÖTÜRÜR
Hüseynov Nizami Əzizağa oğlu "Azərtunel" MMC-dəki təsisçilikdən çıxır. O, şirkətin yaradıcılarından birinin oğludur.
Marja xəbər verir ki, Nizami Hüseynov nizamnamə kapitalındakı 40 faiz və ya 11 milyon 993 min 724 manat payını geri alır və bu səbəbdən, cəmiyyətin nizamnamə kapitalı azalır.
Qeyd edək ki, hazırda "Azərtunel" MMC 29 milyon 984 min 310 manat nizamanmə kapitalına malikdir. Nizami Hüseynov payını aldıqdan sonra şirkətin nizamnamə kapitalı 17 milyon 990 min 586 manata geriləyəcəkdir.
Nizami Hüseynov "Azərtunel"in İcraçı direktoru vəzifəsini də icra edir.
Qeyd edək ki, "Azərtunel" MMC Əzizağa Hüseynov və tərəfdaşları tərəfindən "Azərtunelsutikinti" adı ilə yaradılıb. 2007-ci ildə "Azərtunelsutikinti" şirkəti "Azərtunel" MMC-yə çevrilən zaman Hüseynov Əzizağa Abdulla oğlu şirkətdə 100% paya malik idi.
"Azərtunel" MMC Bakıda qeydiyyatdan keçmiş beynəlxalq şirkətdir. Şirkət Qazaxıstan, Gürcüstan və Liviyada qeydiyyatdan keçmiş fililallara malikdir. "Azərtunel" MMC əsasən mikrotunelinq, dənizdə tikinti işləri , boru kəmərlərinin, körpülərin və tunellərin inşası üzrə ixtisaslaşmışdır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
10 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























