Bakı Avtovağzalını inşa etmiş şirkətin fəaliyyətinə xitam verildi
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşasını həyata keçirmiş və uzun illər kompleksi idarə etmiş “Bakı-XXI Əsr” MMC-nin fəaliyyətinə xitam verilib.
Marja Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, fəaliyyətinə xitam verilən “Bakı-XXI Əsr” MMC “Top Properties” MMC-yə qoşulub.
“Top Properties” Məhdud Məsuliyyətli Cəmiyyəti “Bakı-XXI Əsr” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edib.
Xatırladaq ki, Ötən il “Bakı-XXI Əsr” MMC-nin tərkibindən ayrılma baş vermiş və nəticədə "Krosvey" MMC yaradılmışdı. Bununla əlaqədar “Bakı-XXI Əsr” yenidən təşkil olunmuşdu.
Mətbuatda dərc olunmuş məlumatlara görə, “Bakı XXI Əsr” MMC keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədova məxsusdur.
“Bakı-XXI Əsr” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,9 milyon manatdır. Şirkət Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşası layihəsi üzrə baş podratçı olub, eləcə də uzun illər kompleksi idarə edib. 2017-ci ildə isə avtovağzal Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçib.
"Top Properties” isə bu il yaradılıb. Onun nizamnamə kapitalı 24,1 milyon manatdır. “Top Properties” MMC “Top Texnoloci” MMC və “Modern Texnoloci & İnvestmənts” MMC şirkətlərinin birləşməsi nəticəsində yaradılıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
10 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























