Avro və Funt təzyiq altında, qızılda bahalaşma
Amerika göstəricilərinin Avrozona və İngiltərə üzrə göstəriciləri üstələməsi, dollara olan tələbi artırıb.Amerikaya dair fundamental göstəricilərin Avrozona və İngiltərə üzrə göstəriciləri üstələməsi, EUR/USD və GBP/USD məzənnələrinin ucuzlaşmalarına səbəb olur. ABŞ-da inflyasiyanın 0.6%-ə yüksəlməsi, istehsal sektorunda biznes aktivliyi indeksinin 54.2 punkta çatması, dollar fonunda nikbinliyin artmasına səbəb olur. Tendensiya özünü cümə günü Amerikanın əmək bazarı ilə bağlı yayımlanacaq göstəricilərdə də göstərərsə, dollara nisbətən qiymətlərdə ucuzlaşma daha da sürətlənə bilər.
Təhlillərə əsasən, EUR/USD məzənnəsi hazırda Amerika sessiyasında formalaşan 1.17$ dəstək səviyyəsinin üzərində dalğalanmaqdadır. Asiya sessiyasın da 1.18$-da müqavimətlə rastlaşır. GBP/USD məzənnəsi də 1.30$-da dəstək görərək bahalaşsa da Asiya sessiyasında 1.31$-da müqavimətlə rastlaşaraq, ucuzlaşır. Beləliklə, gələcək güclü trend dəstək və ya müqavimət səviyyələrinin qırılması ilə müəyyən olunacaqdır.
Əlvan metallar bazarlarında həm qlobal bazarlarda iqtisadi qeyri-müəyyənliyin artması, həm də texniki səbəblərə görə, qızılın qiymətində bahalaşmanın yenidən sürətlənəcəyi proqnozlarını gücləndirib. Qızılın bir unsiya üzrə qiymət qrafikində iyul ayının axırlarından korreksiyanın üfüqi istiqamətdə davam etməsi, növbəti bahalaşma dalğasına işarədir. Növbəti müqavimət səviyyələri isə 2021 və 2083$-dır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
4 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























