SOCAR-ın vergi öhdəlikləri azaldılır
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 1 milyard 240 milyon manat məbləğində dövlət büdcəsinə dürüstləşdirilmiş vergi öhdəlikləri 2020-ci ilin təsdiq edilmiş proqnozundan 210,0 milyon manat və ya 14,5% azdır.
Bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasınını Qanun layihəsinə istinadən xəbər verir.
Bildirilir ki, azalmanın səbəbi xam neftin ixrac qiymətinin təsdiq edilmiş dövlət büdcəsi üçün nəzərdə tutulduğu qiymətdən 20,0 ABŞ dolları az götürülməsi, OPEK+ sazişi üzrə hasilat həcmlərinin azalması, habelə koronavirus (COVİD19) pandemiyası ilə əlaqədar ölkə daxilində neft məhsullarına tələbatın azalması ilə bağlıdır.
Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi cari ilin 6 ayı üzrə daxilolmalar da nəzərə alınmaqla 550,0 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq edilmiş proqnozdan 180,0 milyon manat və ya 24,7% azdır. Azalmanın səbəbi xam neftin ixrac qiymətinin təsdiq edilmiş göstəricilərdən 20 ABŞ dolları az götürülməsi və OPEK+ sazişi üzrə hasilat həcmlərinin azalması ilə əlaqədardır.
Qeyd edək ki, dürüstləşdirilmiş dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş göstəriciyə nisbətən 10,5 milyon manat azalaraq 24 milyard 124 milyon manat, dövlət büdcəsinin xərcləri 597,5 milyon manat artırılaraq 27 milyard 492,2 milyon manat, dövlət büdcəsinin kəsiri isə 608,0 milyon manat artırılaraq 3 milyard 368,2 milyon manat təşkil edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 15 d. əvvəl
-
-
31 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir















.jpg)








