"Z and Z Motors" şirkəti bu günə qədər fasiləsiz fəaliyyət göstərir - AÇIQLAMA
28.01.2026 / 16:04 - “Z and Z Motors” MMC, şirkətin ləğv olunması barədə xəbər ilə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir:
"Bildirmək istəyirik ki, yayımladığınız xəbərdə qeyd olunan məlumatlar faktiki vəziyyəti tam əks etdirmir.
“Z and Z” MMC uzun illərdir ki, fəaliyyət göstərən şirkətdir və bu müddət ərzində iki ayrı MMC bir şirkət çərçivəsində fəaliyyət göstərmişdir:
- Z and Z Motors MMC
- Zakir Zahid MMC
Məlumat üçün bildiririk ki, "Zakir Zahid" MMC 2020-ci ildə rəsmi qaydada ləğv edilmişdir. Lakin "Z and Z Motors" MMC bu günə qədər fasiləsiz fəaliyyət göstərir və illərdir aktiv vergi ödəyicisi olan hüquqi şəxsdir".
XXX
2020-06-24 15:21- “Z and Z Motors” şirkəti ləğv olunur
Avtomobillər üçün ehtiyat hissələrinin satışı ilə məğul olan “Z and Z Motors” MMC (ZZ Motors) ləğv olunduğunu elan edib.
Marja şirkətin bildirişinə istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1030, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ev 2270-77 ci məhəllə, mənzil Babək prospekti 36E ünvana bildirə bilərlər. Bu ünvanda ZZ Motors adlı avtomobil ehtiyyat hissələrinin satışı mərkəzi fəaliyyət göstərir.
zzmotors.az saytında şirkətin adı “Zahid və Zakir” MMC olaraq göstərilir. Qeyd edilib ki, şirkət 2003-cü ildə təsis edilmişdir. “Z and Z Motors” MMC isə 31.01.2013-cü ildə dövlət qeydiyyatına alınıb. Eyni zamanda 2010-cu ildən “Zakir və Zahid” MMC də fəaliyyət göstərir.
“Zahid və Zakir” şirkətinin əsas sahəsi Mercedes Benz, BMW, Toyota, Mitsubishi, Nissan və s. markalı avtomobillər üçün ehtiyyat hissələrinin bütün növlərin satışıdır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
11 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























