İqtisad Universitetində yeni ixtisaslar yaradılıb
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavr səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb.
Universitetdən Marja-ya daxil olmuş məlumata görə, I qrup üzrə texniki və texnoloji ixtisaslarda 8 yeni ixtisas yaradılıb: “Kommunikasiya sistemləri mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Kompüter elmləri”.
Ümumilikdə isə I ixtisas qrupuna 10 ixtisas qrupu üzrə qəbul aparılacaq.
Texniki və texnoloji ixtisaslar UNEC-də yeni yaradılan “Rəqəmsal iqtisadiyyat” və “Mühəndis iqtisadiyyatı” fakültələrində tədris olunacaq.
II ixtisas qrupunda isə “Beynəlxalq ticarət və logistika” ixtisası yeni açılıb. Bu ixtisasda tədris 4 dildə (azərbaycan, türk, rus, ingilis) olacaq. II ixtisas qrupu üzrə UNEC-də ümumilikdə 9 ixtisas üzrə qəbul aparılacaq.
2020/2021-ci tədris ilindən III ixtisas qrupu üzrə də UNEC-də qəbul aparılacaq. Abituriyentlər “Sosial iş” ixtisası üzrə UNEC-də təhsil ala biləcəklər.
Beləliklə UNEC-də I-V ixtisas qrupları üzrə qəbul həyata keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)










.jpg)







