“Holcim Azərbaycan” dividend bölüşdürəcəyi yığıncağı təxirə saldı
Sement istehsalçısı “Holcim Azərbaycan” ASC 03 İyun 2020-ci il tarixə təyin edilmiş səhmdarların illik ümumi yığıncağını qeyri-müəyyən müddətə təxirə salıb.
Marja xəbər verir ki, şirkət koronavirusun yayılmasına şərait yaradılmamasına görə yığıncağı təxirə salıb.
Qeyd edək ki, “Holcim Azərbaycan”ın yüzlərlə fiziki şəxs səhmdarları bu yığıncağı səbirsizliklə gözləyirdilər. Belə ki, uzun fasilədən sonra yığıncaqda 2019 maliyyə ilinin nəticələri üzrə dividendlərin bölüşdürülməsinin təsdiq edilməsi nəzərdə tutulur.
Holcim Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının Səhmdarların İllik Ümumi Yığıncağının gündəliyi:
1. Holcim Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağının Sədrinin seçilməsi
2. Holcim Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin 2019-cu ilin maliyyə nəticələrinə dair illik hesabatının təsdiqlənməsi
3. 2019 maliyyə ilinin nəticələri üzrə dividendlərin bölüşdürülməsinin təsdiq edilməsi
4. Müşahidə Şurasına üzvün təyin edilməsi
5. Təftiş Komissiyasına üzvlərin təyin edilməsi
6. Holcim Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinə əlavə və dəyişikliklərin təsdiq edilməsi
7. Holcim Azərbaycan ASC ilə “Holcim Technology” LTD arasında imzalanacaq Sənaye Əqli Mülkiyyət müqaviləsinin təsdiq edilməsi
8. Holcim Azərbaycan ASC və “Lafarge Holcim” LTD arasında imzalanacaq Brend Müqaviləsinin təsdiq edilməsi
9. Holcim Azərbaycan ASC və “Holcim Auslandbeteiligungs GMBH” arasında borc müqavilələrinin təsdiq edilməsi və bu müqavilələrdə kreditor “Holcim Auslandbeteiligungs GMBH”-nin “LHIF” LTD şirkəti ilə əvəz edilməsinə razılıq verilməsi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
10 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























