Şirkətlərin kənd təsərrüfatı platformasına marağı artır
(®️) Azərbaycanda kənd təsərrüfatı elanları platforması olan Aqrobazar.com portalına maraq artmaqda davam edir.
Layihə rəhbəri Rəşid Məmmədovun sözlərinə görə, karantin dövrünün yaratdığı internet tələbi platformaya marağı daha da artırmışdır.
“Biz hal-hazırda bir çox şirkətlərlə əməkdaşlıq perspektivlərimizi müzakirə edirik. Şirkətlərə öz istəkləri əsasında yeni funksionallıqlar və texniki imkanlar yaradırıq ki, platforma onların istifadəsi üçün tam rahat olsun. Aqrobazar platforması digərlərindən fərqli olaraq özündə təkcə elanlar deyil, həmçinin böyük məlumat bazasını da birləşdirəcək. İstifadəçilər zaman keçdikcə platformada sektor üzrə daha çox yeniliklərin və əlavə funksionallıqların şahidi olacaqlar. Qeyd edim ki, istifadəçilərin platformada elan yerləşdirməsi tamamilə ödənişsizdir. Bundan əlavə, müəyyən fasilələrlə platformadakı elanların bəzilərinə özəl postlar dizayn edib sosial şəbəkələrdəki səhifə və quruplarımızda paylaşaraq daha geniş auditoriyaya çıxmasına vasitəçi oluruq.”
Platformanın gələcək inkişafı barədə məlumat verən Rəşid Məmmədov bu işləri Marcom Marketinq və Kommunikasiyalar şirkəti ilə birlikdə icra etdiklərini söylədi.
“Sözügedən şirkətlə işlərimiz davam edir. Sahə spesefik olduğu üçün marketinq işlərinə daha detallı yanaşmağa çalışırıq. Hədəfimiz qısa müddətdə portalı daha da təkmilləşdirmək və kənd təsərrüfatı ilə bağlı zəngin platformaya çevirməkdir.”
Rəşid Məmmədov əlavə olaraq bildirib ki, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərə dəstək olmaq məqsədilə platformanın “Onlayn Mağaza” xidmətindən istifadə hazırkı əməkdaşlarına karantin dövründə ödənişsizdir. Yeni əməkdalığa başlayacaq şirkətlərə isə 3 ay müddətinə ödənişsiz təqdim olunacaq.
Qeyd edək ki, www.aqrobazar.com layihəsi ilə əməkdaşlıq etmək istəyən şirkətlər (050) 359-66-61 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)












.jpg)



