“Sberbank” ilə Azərbaycan bankı arasında borc məsələsi yoluna qoyulub
Azərbaycan Beynəlxalq Banlkı (ABB) ilə Rusiyanın “Sberbank”ı arasında borc məsələsinə son qoyulub.
“Reuters” xəbər verir ki, bu barədə hər iki tərəfin yüksək səviyyəli nümayəndələri bildiriblər.
2017-ci ildə ABB 3,3 milyard ABŞ dolları məbləğindəki borcunun restrukturizasiyası ilə bağlı plan təklif edərək həmin vəsaitin 93,9 faizinə haqqı olan kreditorların razılığını almışdı. Azərbaycan qanunları əsasında keçirilən restrukturizasiya çərçivəsində London Məhkəməsi tərəfindən icazə olmadan kreditorlara hər hansı tədbir görməyi qadağan edən moratorium verilmişdi.
Məbləğin 20 milyon dollarlıq hissəsinə haqqı çatan və kreditorlar arasında restrukturizasiyaya yeganə razılıq verməmiş “Sberbank” ABB ilə münasibətlərinin Böyük Britaniya qanunları ilə tənzimləndiyini bildirib. 2018-ci ilin dekabr ayında London Apelasiya Məhkəməsi “Sberbank”ın xeyrinə qətnamə çıxarıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyəti sədri əvəzi İbrahim Alışovun dediyinə görə tərəflər arasında cari ilin 14 iyun tarixində razılıq əldə olunub: “Barışıq sazişinə əsasən Azərbaycan bankının borc öhdəliklərinin restrukturizasiyası çərçivəsində Sberbankın borc öhdəliyi məbləğində, yəni 20 milyon dollar həcmində qiymətli kağızlar buraxıldı”. Bundan sonra “Sberbank”ın London məhkəməsindəki iddiasını geri çəkdiyini bildirən İ.Alışov Moskva Arbitraj Məhkəməsinin də ABB aktivlərinə moratoriumunu ləğv etdiyini diqqətə çatdırıb.
“Sberbank” tərəfindən də borcun bütövlüklə restrukturizasiya keçmədiyi bildirilib. Problemli aktivlər departamentinin rəhbəri Maksim Deqtaryev qeyd edib: “Sazişə görə ABB “Sberbank”a həqiqətən 20 milyon dolları ödəyib”.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























