"İdeal Kredit" böyüyüb, gəlirləri və mənfəəti artıb
Bank Olmayan Kredit Təşkilatı "İdeal Kredit" MMC 2019-cu ilin 9 ayını 361 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 159 min manat və ya 79% çoxdur.
“Marja” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən ilin yanvar-sentyabr ayında verilmiş kreditlərdən daxil olan gəlir 593 min manat ikən, 2019-cu ilin eyni dövründə 724 min manat təşkil edib (131 min manat və ya 22% artım).
9 ay ərzində “İdeal Kredit”in cəmi əməliyyat gəlirləri 761 min manat, cəmi əməliyyat xərcləri isə 400 min manat təşkil edib. 2018-ci ilin 9 ayında “İdeal Kredit”in cəmi əməliyyat gəlirləri 612 min manat, cəmi əməliyyat xərcləri 410 min manat təşkil etmişdi.
TƏŞKİLAT BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
Ötən ilin Sentyabr ayının sonu ilə müqayisədə "İdeal Kredit”in müştərilərə verdiyi cəmi kreditlər 692 min manat artaraq 3 milyon 941 min manata çatıb. Əsasən kreditlərin artması hesabına BOKT-ın cəmi aktivləri 609 min manat artaraq 4 milyon 825 min manata yüksəlib.
Sentyabr ayının sonunda “İdeal Kredit” 647 min manat nizamnamə, 1 milyon 688 min manat cəmi kapitala malik olub.
Bank Olmayan Kredit Təşkilatı "İdeal Kredit” MMC 11.11.2014-cü il tarixdən fəaliyyətə başlayıb. Təşkilat "Təhsil kreditləri", "Nağd pul kreditləri", "Biznes kreditləri", "Mebel kreditləri", "Avtokreditlər", "İpoteka kreditləri", "Lombard kreditləri" və "Lizinq" təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
25 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















