Asiya bankı Naxçıvan üçün 85 milyon dollar kredit ayıra bilər
Asiya İnkişaf Bankı Naxçıvan Muxtar Respublikasında irriqasiya sisteminin inkişafına 85 mln. dollar məbləğində kredit ayırmağı planlaşdırır.
“Biz bu layihəyə 85 mln. dollar məbləğində kredit ayırmağa hazırıq. Bundan əlavə, bank bu layihə çərçivəsində 1,2 mln. dollar məbləğində texniki yardım ayırmağı planlaşdırır”, - bankdan bildiriblər.
Agentliyin həmsöhbətinin sözlərinə görə, layihə NMR-da 23,23 min hektara yaxın torpağa xidmət edən irriqasiya və drenaj şəbəkələrinin bərpası və modernləşməsini dəstəkləyir.
O cümlədən, layihə su istehlakçıları assosiasiyasına dəstək daxil olmaqla, irriqasiya sisteminin institusional idarəetmə potensialını möhkəmləndirməyə kömək edəcək.
Bütövlükdə layihəyə iki nəticə daxil olacaq: Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin (SAWMC) irriqasiya infrastrukturu və imkanlarının və su istehlakçıları assiosiasiyasının irriqasiya və layihələrin idarəolunması sahəsində imkanlarının yaxşılaşdırılması.
AİB-in qiymətləndirmələrinə görə, kənd təsərrüfatının məhsuldarlığının artırılması ASK sektorunun inkişafı üçün həlledici önəm kəsb edir və məşğulluq imkanlarının yaxşılaşması və gəlir əldə etməyin birbaşa yoludur.
“Bu imkanların reallaşdırılması üçün bir sıra problemli məqamları aradan qaldırmaq zəruridir: iqrriqasiya infrastrukturunu yaxşılaşdırmaq, yeni texnologiyalar tətbiq etmək, maliyyə və zəruri logistikaya çıxışı yaxşılaşdırmaq, həmçinin keyfiyyətli infrastrukturu inkişaf etdirmək”, - bankdan vurğulayıblar.
Eyni zamanda, agentliyin həmsöhbəti əlavə edib ki, bu layihə üçün kreditin ayrılmasının 2021-ci ildə təsdiqi planlaşdırılır.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Əməkdaşlıq dövründə bank Azərbaycana 4,2 mlrd. dollar kredit ayırıb. Azərbaycan üçün biznes plana əsasən, Asiya İnkişaf Bankı (AİB) 2020-2022-ci illərdə ölkəyə 295 mln. mln məbləğində kredit ayırmağı nəzərdə tutur.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























