“Banklar bir-birlərinə etibar etmirlər”
“Azərbaycanda banklararası pul bazarının aktivləşməsi və genişlənməsi üçün bank sektorunda qarşılıqlı etimad gücləndirilməlidir”.
“Marja”nın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Elman Rüstəmovun sözlərinə görə, sektorda güvən olmadığı üçün likvidlik çox olan yerdən az olan yerə axmır:
“Bu gün biz görürük ki, bir sıra banklarda yüksək likvidlik mövcuddur, bəzi banklarda isə likvidlik yoxdur. Likvidlik çox olan yerdən az olan yerə axmalıdır. Bu gün biz aktiv banklararası bazar görmürük. Çünki onun girov bazası zəifdir. Necə deyərlər, pul vəsaitlərinin donor banklardan ehtiyacı olan digər banklara axınını görmürük.
Bank sektorunda həssaslıqlar var. Bu həssaslıqlar aradan qaldırılmalıdır və bank sektorunda qarşılıqlı etimad gücləndirilməlidir. Likvidliyi yüksək olan bir bank likvidliyi aşağı olan bir banka güvənmir. “Təminatsız bazar” deyilən bu bazar bir çox ölkələrdə yüksək inkişaf edib. Çünki olduqca yüksək etibar, sağlam bank sistemi var. Qısamüddətli vəsait lazımdırsa bir bank düşünmədən digər banka təminatsız borc verir”.
Mərkəzi Bankın sədri əlavə edib ki, banklararası pul bazarında formalaşan faiz dərəcələri Mərkəzi Bankın hədəflədiyi ən düzgün faiz dərəcələridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























