“Amrahbank” maliyyə göstəricilərini açıqladı
“Amrahbank” faiz gəlirlərini artırıb, xərclərini azaldıb. Nəticədə Bankın əməliyyat zərəri də düşüb.
“Amrahbank” ASC 2019-cu ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər xəbər verir ki, 2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “Amrahbank”ın faiz gəlirləri 2 milyon 717 min manat artaraq 8 milyon 693 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 163 min maant azalaraq təşkil edib.
2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə faiz xərcləri 1 milyon 111 min manat artaraq 9 milyon 466 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 275 min manat azalaraq 9 milyon 906 min manat təşkil edib.
Ötən ilin 9 ayı ilə müqayisədə cari ilin 9 ayında “Amrahbank”ın cəmi gəlirləri 1 milyon 554 milyon manat artıb, cəmi xərcləri isə 164 min manat azalıb.
2019-cu ilin yanvar-sentyabr dövründə “Amrahbank”ın cəmi gəlirləri 13 milyon 268 min manat, cəmi xərcləri 19 milyon 372 milyon manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 6 milyon 104 min manat əməliyyat zərəri yaranıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 2 milyon 92 min manat ayrıldığından Bankın zərəri 8 milyon 196 min manata yüksəlib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr dövründə “Amrahbank”ın cəmi gəlirləri 11 milyon 714 min manat, cəmi xərcləri 19 milyon 536 min manat, əməliyyat zərəri 7 milyon 822 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 2 milyon 460 min manat ayırdığından həmin dövrü 10 milyon 282 min manat zərər ilə bağlamışdı.
Beləliklə, “Amrahbank”ın cəmi gəlirlərinin artması ilə bərabər cəmi xərclərinin azalması ilə zərəri də 2 milyon 86 min manat azalıb.
30 Sentyabr 2019-cu il tarixində “Amrahbank” 195 milyon 319 min manat aktivlərə malik olub və aktivlərin 115 milyon 456 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən ilin sonunda Bankın aktivləri 230 milyon 330 min manat, müştərilərə verilmiş kreditlər 131 milyon 672 min manat təşkil etmişdi.
Sentyabrın sonunda “Amrahbank”da cəmi depozitlər 163 milyon 390 min manat təşkil edib, depozitlərin 153 milyon 293 min manatını və ya 94%-ni fiziki şəxslərin depozitləri təşkil edib.
30 Sentyabr 2019-cu il tarixində "Amrahbank" 7 milyon 137 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
- 44 d. əvvəl
-
49 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qazaxıstan Orta Dəhlizin inkişafı üçün 300 milyon dollar vəsait cəlb edib
-
3 saat əvvəl
Ermənistan Naxçıvanla sərhəddə gömrük və sərhəd terminalları inşa etmək niyyətindədir
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
Ən çox oxunanlar
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
Unibankın biznes kreditləri portfelində böyük artım
Azərbaycanda külək və günəş enerjisi istehsalı artıb - 2025-ci ildə elektrik enerjisinin istehsalı göstəriciləri açıqlandı
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi





















