Azərbaycan bankı növbəti dəfə hərbçinin kredit borcunu bağışladı
“AtaBank” ASC 26-cı il dönümü ilə bağlı Qarabağ uğrunda gedən Aprel döyüşlərində yaralanmış hərbçimizin kredit borcunu bağışlayıb.
Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, Fərzəlizadə Ruslan Zahid oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda, düşmən mövqelərinin məhv edilməsində, həmçinin Ağdam ərazisində N-saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin kəşfiyyatçısı olaraq iştirak etmiş və bu zaman sol gözündən və əlindən yaralanmışdır.
Hərbçimiz "AtaBank2ın Mərkəz filialına dəvət edilib və İdarə Heyəti sədrinin müavini Kamran Orucəliyev və Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov ilə görüşüb. Görüş zamanı “AtaBank” ASC-nin İdarə Heyəti sədrinin müavini K.Orucəliyev bildirmişdir:
“Torpaqlarımız uğrunda döyüşən, vətən keşiyində duran əsgər və hərbçilərimiz hər zaman dövlətimizin diqqət mərkəzindədir. Lakin ölkənin özəl sektoru da, ələxsus iri şirkətlər və bank kimi maliyyə institutları da müstəqilliyimiz uğrunda canlarını fəda etməyə hazır oğullarımızı və onların doğmalarını unutmamalıdır. Bank olaraq vətənin çətin günlərində düşmənə sinə gərənlərin sosial durumunu nəzərə alıb bacardığımız yardımı əsirgəməməliyik.”
Xatırladaq ki, “AtaBank” ASC bundan öncə də Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış hərbçimizin kredit borcunu bağışlayıb.
1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Ən çox oxunanlar
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"





















