Azərbaycanda işə salınması üçün müzakirələr aparılır
"Azərbaycan bankları tərəfindən buraxılan “Visa” kartları üzrə 2016-cı ildə ABŞ dollarında edilən nağdsız ödənşlərin həcmi 2015- ci il illə müqayisədə 7% azalıb. Eyni zamanda, nağdsız ödənişlərin ümumi əməliyyatların həcmindəki xüsusi çəkisi (əməliyyatların ümumi həcminə, həmçinin, nağdlaşdırma daxildir) 11.2%-dən 12.1%-ə yüksəlib. Bu isə onu göstərir ki, Azərbaycanda istehlakçılar nağdsız ödəniş formasına daha çox etibar edirlər".
Bunu "Visa International" təşkilatının Azərbaycan, Moldova və Belarus üzrə regional meneceri İqor Kovalyov deyib.
Onun sözlərinə görə, bu artım “Visa”nın, bankların, ticarət və xidmət müəssisələrinin komanda işinin nəticəsidir: “İlk növbədə istehlakçılara nağdsız ödənişlərin üstünlüklərinin praktikada göstərməsinə və nağdsız ödənişinin təşviqinə yönəlib. Buna misal olaraq bu yaxınlarda başlanılan "Biz eyni dalğadayıq" marketinq kampaniyasını göstərmək olar. Bu aksiya çərçivəsində “Visa” kartı ilə alış-veriş etməklə 5 ədəd VİP paket qazanmaq imkanı var və Avropanın ən böyük musiqi hadisəsi olan Kievdə keçiriləcək Avrovoziya 2017-nin qonağı olmaq olar”.
Qurum rəsmisi premium müştərilər üçün “Visa”nın xüsusi təkliflər və endirimlər proqramı təklif etdiyini söyləyib: “Bu üstünlüklərdən Azərbaycanda və bölgənin və dünyanın digər ölkələrində (MDB dövlətləri və cənub-şərqi Avropanın) yararlanmaq mümkündür. Ödəniş yeniliklərinin inkişafı üçün “Visa” şirkəti və Azərbaycanın Mərkəzi Bankı (AMB) "Visa Token Service" xidmətinin işə salınması üçün müzakirələr aparır. Tokenizasiya texnologiyası istehlakçılar üçün təhlükəsiz və rahat ödənişlərdə həlledici qüvvəyə çevrilə bilər. Tokenizasiya texnologiyası müxtəlif əməliyyat sistemləri vasitəsilə (iOs, Android, Windows Mobile ) müştərinin ödəniş kartınının rəqəmsal analoqunu mobil cihazlara təhlükəsiz formada yükləməyə və saxlamağa imkan yaradır. Tokenizasiya kart sahibinin real ödənişlərini xüsusi yaradılmış tokenlə (kartın rəqəmsal nömrəsi) əvəz edilməsinə imkan verir. Bu tokenin istifadəsi qurğu ilə məhdudlaşır, bu da müştərinin hesabına tam girişi verməməklə ödənişləri son dərəcə təhlükəsiz edir”.
Xatırladaq ki, “Visa Token Service” gələcəkdə “Samsung Pay”, “Apple Pay”, “Android Pay” və “Microsoft Wallet” kimi xidmətlər üçün mobil telefonların köməkliyi ilə kontaktsız ödənişlərin işı salınması üçün lazımdır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)










.jpg)








