Çindən yola düşən daha bir blok qatar Azərbaycana çatıb
“Sian-Bakı” konteyner blok qatarının qarşılanma mərasimi keçirilib
Çindən yola düşən daha bir blok qatar Azərbaycana çatıb. Abşeron Logidtika Mərkəzində qatarın qarşılanma mərasimi keçirilib.
Mərasimdə İqtisadiyyat naziri Şahin Mustafayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Sian şəhəri Xalq hökumətinin vitse-meri Qao Qao, Şansi vilayətinin Kommersiya Departamentinin direktor müavini Tan Yuntanq iştirak ediblər.
Layihə bu ilin aprel ayında Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C. Qurbanovun iştirakı ilə qurumun törəmə şirkəti olan “ADY Konteyner” MMC və Çinin “Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə əməkdaşlıq çərçivəsində baş tutub. Hər iki şirkət 2019- cu ildə 30 konteyner qatarı (2460TEU) buraxmağı planlaşdırır.
Mərasimdə çıxış edən nazir Ş.Mustafayev Azərbaycan-Çin münasibətlərinin inkişafından danışıb, Prezident İlham Əliyevin 2015-ci ildə Çin Xalq Respublikasına tarixi səfərini qeyd edib. Nazir Azərbaycanın Çinin təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsinə ilk qoşulan ölkələrdən olduğunu vur]ulay;b. Bu ilin altı ayı ərzində Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artdığını qeyd edib. Çinlə həm siyasi, həm iqtisadi, həm də nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxışında blok qatarları ilə yüklərin çatdırılma müddətinin qısaldılması istiqamətində görülən işlərdən, dəmir yolunda aparılan islahatlardan danışıb. Əverişli coğrafi mövqeyə malik, “Böyük İpək yolu”nun üzərində yerləşən Azərbaycanın TransXəzər Beynəlxalq Nğqliyyat Marşrutunun əsas iştirakçısı olduğunu qeyd edib. Ölkəmizin üzərindən keçən yüklərin həcminin daha da artması istiqamətində atılan addımlardan söz açıb.
Qeyd edək ki, “Sian-Bakı” ilk blok qatarı 21 ədəd 45 futluq və 15 ədəd 40 futluq konteynerdən ibarətdir.
Çin rəsmisi: Sian-Bakı blok qatarı Azərbaycan və Çin şirkətlərinin işinə töhfə verəcək
Sian-Bakı blok qatarı Azərbaycan və Çin şirkətlərinin işinə böyük töhfə verəcək.
Bu sözləri Çinin Sian şəhəri merinin müavini Qao Qao deyib.
O bildirib ki, Sian-Bakı dəmir yolu marşrutu üzrə qatarlar ötən ildən fəaliyyətə başlayıb. Hazırda Çinin Şansi vilayətinin mərkəzi Siandan Bakı istiqamətində daha 2 qatar gəlir.
“Ötən il Siandan Avropaya 1300-dən çox qatar yola salınıb, bu isə milyardlarla dollar gəlir deməkdir. Bu gün Siandan Bakıya gələn qatar reysi ümumilikdə Çindən Avropaya gedən 13-cü marşrut yoludur. Ümid edirik ki, çinli və azərbaycanlı biznesmenlər yaradılmış bu şəraitdən yararlana biləcəklər. İnanırıq ki, Çinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycanla əməkdaşlığımız daha da genişlənəcək. Sian-Bakı qatar yolu bu istiqamətdə atılan vacib addımlardan hesab edilə bilər”, - deyə Q.Qao əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
20 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 8 saat əvvəl
-
22 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 22 saat əvvəl
-
22 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
22 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
22 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 25-də gözlənilən hava şəraiti
AZAL-ın sədrindən aviabiletlərin qiymətləri barədə açıqlama
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb





















.jpg)


