Naftalanda 2 müasir sağlamlıq-istirahət mərkəzi tikilir
Respublikamızda sağlamlıq turizminin əsas mərkəzlərindən olan və unikal müalicəvi əhəmiyyətli neftinə görə dünyada böyük şöhrət qazanmış Naftalanda daha 2 müasir sağlamlıq-istirahət mərkəzi inşa olunur.
Hazırda Naftalan şəhəri, Nizami küçəsində inşa edilən 4 mərtəbəli, 288 yerlik “Gold Naftalan” sağlamlıq və istirahət mərkəzində tikinti işləri davam etdirilir. Müalicə və istirahət mərkəzinin tikintisində 20 işçi çalışır.
Ümumi torpaq sahəsi 1 hektar olan mərkəzin zirzəmisində texniki və yardımçı otaqlar, çamaşırxana, müalicə hovuzu, anbar, birinci mərtəbədə yerməkxana, personal otaqları, həkim otaqları, 2-ci, 3-cü, 4-cü mərtəbələrdə 96 ədəd 2 çarpayılıq yataq otaqları, 12 ədəd lüks 2 otaqlı, mansarda isə 32 ədəd 2 çarpayılıq, 4 ədəd lüks 2 otaqlı yataq otaqları olacaq. Bina üzrə 128 ədəd 2 çarpayılıq yataq otağı, 16 ədəd lyuks 2 otaqlı olmaqla, ümumilikdə 144 yataq otağı yerli və xarici turistlərin istifadəsinə veriləcək.
Naftalanda yenidən qurulan ikinci sağlamlıq və istirahət mərkəzi “Naftalan Hotel & SPA”dır. Son tamamlama işləri aparılan 10 mərtəbəli, 172 yerlik bu mehmanxananın təmir və tikintisində 35 nəfər müvəqqəti işlə təmin edilib. Torpaq sahəsi 3 hektaradək, ümumi sahəsi isə 4071 kvadratmetr olan mehmanxanada 78 otaq, 172 yer, SPA mərkəzi, tibb mərkəzi (ginekoloq, dermatoloq, uzi, uroloq, kardioloq, analiz laboratoriya, inqalyasiya, ozon terapiya, çoxsaylı fizioterapiya bölmələri, iqla terapiya şöbələri), oyun otağı, fitnes klub, sauna, konfrans zalı, açıq və qapalı restoranlar, bar, mini market, fəaliyyət göstərəcək.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























