Azərbaycan dəvəçilik üçün ərəb şirkətilə danışıqlara başladı
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olub.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən “Marja”ya verilən məlumata görə, Mərkəzi Baytarlıq Laboratoriyasının (CVRL) dəvəti ilə baş tutan səfərin məqsədi BƏƏ-də dəvəçiliklə bağlı mövcud təcrübənin öyrənilməsi və gələcək əməkdaşlıq perspektivlərinin araşdırılması olub.
Səfər çərçivəsində nümayəndə heyətinə laboratoriyanın fəaliyyəti, dəvəçiliklə bağlı elmi-praktiki təcrübələr və həyata keçirilən layihələr haqqında məlumat verilib. Daha sonra “Azəraqrar”ın nümayəndə heyəti Dubay Dəvəçilik Xəstəxanasında dəvələrin müayinə və əməliyyat prosesləri ilə tanış olub.
“Camelicious” şirkətinə məxsus fermanı ziyarət edən nümayəndə heyətinə dəvələrin saxlanılma şəraiti, dəvə südündən həm ölkədaxili, həm də ixrac yönümlü məhsulların hazırlanması prosesləri, südlük, ətlik və yarış istiqamətli dəvə cinsləri ilə bağlı məlumat verilib.
Şirkət nümayəndələrinə dünyada dəvə südü məhsullarına artan tələbat və bu sahənin perspektivləri barədə təqdimat edilib.
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin nümayəndələri də şirkətin balansında olan “Qobu” Damazlıq Dəvəçilik təsərrüfatı barədə məlumat verib. Bildirilib ki, təsərrüfatda 85 ikihörgüçlü dəvə cinsləri saxlanılır. Azərbaycanda mövcud dəvəçilik ənənələrinin davam etdirilməsi və ölkədə bu sahəni inkişaf etdirmək niyyəti BƏƏ şirkətinin mütəxəssislərinin diqqətinə çatdırılıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Sonda şirkət nümayəndələri Azərbaycanla dəvəçilik sahəsində əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
48 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















