İlk rübdə 1000-dən çox işsiz və işaxtaran dövlətdən aktivlər alıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2019-cu ilin birinci rübü ərzində 1000-dən çox işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, həmin şəxslər arasında qadınlar 181 nəfər, əlliliyi olan şəxslər 352 nəfər, şəhid ailəsi üzvləri 26 nəfər, məcburi köçkünlər 261 nəfər, gənclər 67 nəfər təşkil edir.
Proqrama cəlb olunanlar üçün hazırda təlimlər keçirilir. Təlimlərdə onlara biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlar öyrədilir. Yekunda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək.
Biznes-planları uğurlu hesab edilən və özünüməşğulluq fəaliyyətinə hazır olduğu müəyyən edilən iştirakçılar kiçik ailə təsərrüfatlarının formalaşdırılması üçün aktivlərlə (mal və materiallarla) təmin ediləcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 19 saat əvvəl
-
- 20 saat əvvəl
-
21 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























