Hökumət tütün məmulatlarının idxalına aksiz dərəcələrini artırmağı planlaşdırır
Azərbaycan hökuməti 2019-cu ildə tütün məmulatlarının idxalına tətbiq edilən aksiz dərəcələrini artırmağı planlaşdırır.
2019-cu ilin büdcə materiallarına əsasən idxal olunan tütün məmulatlarına tətbiq edilən aksiz dərəcələri üzrə dövlət büdcəsinə daxilolmalar 248,658 mln. manat (2018-ci ildə 90 mln. manat) məbləğində nəzərdə tutulub, yəni daxilolmaların 2,7 dəfə artacağı proqnozlaşdırılır.
Cari ilin yanvar-avqust aylarında Azərbaycana gətirilən tütün məmulatlarına tətbiq edilən aksiz dərəcələri üzrə 70 mln. 651 min manat məbləğində vəsait daxil olub ki, bu da ötən ilin 8 ayının göstəricisindən 2,8 dəfə çoxdur.
Xəbər verildiyi kimi, hökumətin qərarı ilə 2018-ci ilin yanvar ayından ölkəyə gətirilən tütün məmulatlarına tətbiq edilən aksiz dərəcələri artırılıb. Xüsusilə 1000 ədəd siqarın idxalına 20 manat (əvvəllər 10 manat), 1000 ədəd siqaretin idxalına 12 manat (əvvəllər 4 manat) məbləğində aksiz dərəcəsi tətbiq olunub.*
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
9 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























