Azərbaycanın xidmətlər balansında 950 milyon dollarlıq kəsir
2018-ci ilin yanvar-iyun aylarında xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində qarşılıqlı xidmətlər əsas yerlərdən birini tutmuş və bu xidmətlərin ümumi həcmi 5.9 mlrd. dollar təşkil etmişdir.
“Marja” 2018-ci ilin yanvar-iyun ayları üçün Azərbaycan Respublikasının Tədiyyə balansına istinadən xəbər verir ki, bunun 3.4 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2.5 mlrd. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Nəticədə xidmətlər balansında 953.7 mln. dollarlıq kəsir yaranmışdır. Neft-qaz sektoru üzrə kəsir 975.7 mln. dollar olmuşdur (əsasən 729.2 mln.dollar tikinti xidmətləri və 316.3 mln.dollar digər işgüzar xidmətlər). Qeyri-neft sektoru üzrə xidmətlər balansının 2017-ci ilin yanvar-iyun ayları ərzində olan 173.3 mln. dollarlıq kəsiri 2018-ci ilin müvafiq dövründə 22.1 mln. dollarlıq profisitlə əvəzlənmişdir.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 20%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 1.2 mlrd. dollar olan nəqliyyat xidmətlərinin 47.6%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 561.6 mln.dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 618.7 mln.dollar təşkil etmişdir. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 1.6 dəfə artmışdır.
2018-ci ilin yanvar-iyun aylarında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətə 7.3% artaraq 2.7 mlrd.dollar təşkil etmişdir. 2018-ci ilin yanvar-iyun ayları ərzində turizm xidmətləri üzrə profisit ötən ilin müvafiq dövrünə nisbətən 20% artaraq 223.4 mln.dollar (2017-ci ilin müvafiq dövründə 186.3 mln.dollar) təşkil edir (2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı 10.3% artıb).
Öz növbəsində xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1.2 mlrd.dollar məbləğində olmuşdur. Bunun 79%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür.
Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən tikinti xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 1.6 dəfə azalaraq 12.8 mln.dollar təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə ö.i.m.d.n. 9.8% azalaraq 347.9 mln.dollar olmuşdur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















