Azərbaycanda törəməsi olan bank kapitalını kəskin artırır
Azərbaycanda törəmə bankı olan "Yapı Kredi" kapitalını artırmaq qərarı verib.
"Marja" Bankdan verilən məlumata istinadən xəbər verir ki, dünən bankın idarə heyətinin toplantısı keçirilib. Toplantıda nizamnamə kapitalının səhm emissiyası yolu ilə 4,1 milyard TL artırılaraq 8,45 milyard TL-yə qaldırılmasına qərar verilib. Bununla bərabər, məcmu kapitalın artırılması üçün beynəlxalq bazarlardan əlavə 500 milyon dollar borc cəlb ediləcək.
"Yapı Kredi" bu borc ilə birlikdə təxminən 1,5 milyard dollar kapital artımı reallaşdırmış olacaqdır. Bu proses, son 10 ildə Türkiyədə həyata keçirilən ən böyük kapital artırımı olacaqdır.
"Yapı Kredi"nin İcraçı direktoru Gökhan Erün, bank olaraq Türkiyəyə, iqtisadiyyata və cəmiyyətə daha çox dəyər qazandırmaq naminə güclü və əhatəli bir 2020 hədəfi hazırladıqlarını vurğulayıb.
Gökhan Erün, "Ana səhmdarlarımız "Koç Holding" və "UniCredit", qlobal bazarlarda baş verən qeyri-müəyyənliyə baxmayaraq, ölkəyə və "Yapı Kredi"yə güvənərək səhm ixracı yolu ilə 4,1 milyard TL sərmayə artırımına qərar verdi. Səhm ixracı ilə yanaşı, beynəlxalq bazarlarda təxminən 500 milyon dollarlıq əlavə əsas kapital emissiyası da edəcəyik. Beləliklə, bütövlükdə təxminən 1,5 milyard dollar səviyyəsində baş verəcək əsas kapital artımı, kapital kafilik nisbətinin və balansımızın daha da möhkəmlənməsində rol oynayacaqdır", -ifadələrini istifadə edib.
"Yapı Kredi Bank Azərbaycan", Türkiyənin "Yapı Kredi" bankının törəməsidir. "Yapı Kredi"nin ana səhmdarları "UniCredit" (İtalya) və "Koç Holding"dir (Türkiyə).
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 12 d. əvvəl
-
-
1 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























