970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı

AzVak-mobil_resmin_ustu_31
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Azərbaycanın “Grand Agro” şirkətinin istehsal etdiyi “Olivea Extra Virgin Olive Oil” brendi 2026-cı ildə beynəlxalq uğur qazanıb. Brend Londonda və Kanadada keçirilən beynəlxalq zeytun yağı müsabiqələrində Qızıl medala layiq görülərək keyfiyyətini beynəlxalq səviyyədə təsdiqləyib.

Bu nəticə Azərbaycan istehsalı olan aqrar və qida sənayesi məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artdığını göstərən mühüm göstəricilərdən biridir. “Grand Agro” şirkəti zeytunçuluq sahəsində müasir yanaşmalar tətbiq etməklə yerli məhsulların xarici bazarlarda daha geniş tanıdılmasına töhfə verməyi hədəfləyir.

“Grand Agro” şirkətinin direktoru Rövşən Mahmudov bildirib ki, əldə olunan uğur şirkətin ixrac strategiyasının genişləndirilməsi üçün əlavə stimul yaradır:

“Bu nəticə göstərir ki, Azərbaycan istehsalı olan keyfiyyətli məhsullar beynəlxalq bazarlarda rəqabət apara bilir. Qarşıdakı dövrdə ixrac strategiyamızı genişləndirməyi, yeni bazarlara çıxışı artırmağı və ‘Olivea’ brendinin qlobal tanınmasını gücləndirməyi hədəfləyirik.”

Beynəlxalq zeytun yağı müsabiqələrində dünyanın müxtəlif ölkələrindən təqdim olunan məhsullar peşəkar münsiflər heyəti tərəfindən dad, aroma, keyfiyyət, balans və digər göstəricilər üzrə qiymətləndirilir. “Olivea”nın Qızıl medala layiq görülməsi məhsulun sabit keyfiyyət standartlarına uyğun istehsal edildiyini nümayiş etdirir.

“Olivea Extra Virgin Olive Oil” soyuq sıxım texnologiyası ilə, heç bir qatqı əlavə edilmədən istehsal olunur. Təbii xüsusiyyətlərini qoruyan məhsul həm yerli, həm də beynəlxalq bazarlarda etibarlı və rəqabətqabiliyyətli Azərbaycan brendi kimi təqdim edilir.

Hazırda “Olivea” məhsulları Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri və İsraildə də istehlakçılara təqdim olunur. Beynəlxalq müsabiqələrdə əldə edilən nəticələr brendin xarici bazarlarda tanınmasına və mövqeyinin güclənməsinə əlavə dəstək verir.

Grand Agro” şirkəti 4000 hektara yaxın ərazidə salınmış zeytun və badam bağlarında müasir aqrar yanaşmalar tətbiq edir. Şirkət məhsuldarlığın artırılması, keyfiyyətin qorunması və Azərbaycan istehsalı olan məhsulların beynəlxalq bazarlarda daha geniş təmsil olunmasını əsas fəaliyyət istiqamətlərindən biri hesab edir.

Grand Agro Olivea Olivea Extra Virgin Olive Oil Azərbaycan zeytun yağı extra virgin olive oil sızma zeytun yağı soyuq sıxım zeytun yağı Azərbaycan istehsalı zeytun yağı yerli zeytun yağı Grand Agro zeytun yağı Olivea zeytun yağı beynəlxalq zeytun yağı müsabiqəsi Qızıl medal London zeytun yağı müsabiqəsi Kanada zeytun yağı müsabiqəsi Olivea Qızıl medal Azərbaycan qida sənayesi Azərbaycan aqrar məhsulları zeytunçuluq Azərbaycan zeytunçuluğu aqrar ixrac qida ixracı yerli brend Azərbaycan brendi ixrac strategiyası beynəlxalq bazarlar zeytun yağı ixracı Rusiya bazarı Türkiyə bazarı İspaniya bazarı BƏƏ bazarı İsrail bazarı qatqısız zeytun yağı təbii zeytun yağı yüksək keyfiyyətli zeytun yağı premium zeytun yağı dad və aroma keyfiyyəti Grand Agro direktoru Rövşən Mahmudov badam bağları zeytun bağları 4000 hektar aqrar təsərrüfat
01.07.2026 17:27
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19