970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Heyvanların erkən kəsimi ilə bağlı cərimə tətbiq oluna bilər

AzVak-mobil_resmin_ustu_31
Heyvanların erkən kəsimi ilə bağlı cərimə tətbiq oluna bilər

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində erkən kəsiminin qarşısının alınmasının heyvandarlığa təsirlərindən danışıb.

Qoşqar Təhməzli qeyd edib ki, gələcəkdə inzibati cərimə tədbirləri də aparıla bilər:

"Bu, çox vacib məsələdir və biz hesab edirik ki, ən aktual mövzulardan biridir. Belə ki, heyvanların erkən kəsiminə yol verilməməlidir. Mən bir mütəxəssis kimi də bildirirəm ki, heyvanların müəyyən yaş dövrünə çatmadan kəsilməsi nəticəsində əldə olunan məhsul qida baxımından tam dəyərli hesab edilmir. Ona görə də hesab edirik ki, gələcəkdə həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların yaşına və cinsinə uyğun olaraq bu sahədə müəyyən tənzimləmələrin tətbiqi məqsədəuyğun olar. Təbii ki, bu məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bilavasitə səlahiyyətlərinə aid deyil. Lakin bildiyiniz kimi, hazırda "Erkən kəsimə son" adlı maarifləndirmə kampaniyası həyata keçiririk. Çünki bu addım Azərbaycanda həm heyvandarlığın, həm də quşçuluğun inkişafına müsbət təsir göstərə bilər. Bir sıra ölkələrdə bu istiqamətdə uğurlu təcrübələr mövcuddur. Həmin ölkələrdə heyvanların yaşına, çəkisinə və cinsinə görə kəsimi müəyyən müddətə məhdudlaşdırılır, eyni zamanda onların ixracına da müvəqqəti məhdudiyyətlər tətbiq olunur. Bu isə heyvandarlığın və quşçuluğun inkişafına təkan verir. İdentifikasiya prosesi başa çatdıqdan sonra erkən kəsim məsələsini də gündəmə gətirməyi planlaşdırırıq. Bu, gələcəkdə dişi fərdlərin sayının azalmasının qarşısını almağa, eləcə də heyvanların erkən yaşda kəsilməsinin qarşısını almağa imkan verəcək. Nəticədə isə bu sahənin inkişafına mühüm töhfə veriləcək. Gələcəkdə bu məsələ tam formalaşdıqdan sonra inzibati tədbirlərlə bağlı məsələlərə də baxılacaq".

İş elanları AzVak.az-da

01.07.2026 08:47
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19