Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı

AzVak-mobil_resmin_ustu_31
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
iç səhifə xəbər şəkil altı (mobil)_32

(®) PAŞA Bank və Div Academy-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “AI for Good” süni intellekt təlim proqramı uğurla yekunlaşdı.

Valideyn himayəsindən məhrum olmuş 18–23 yaşlı gənclərin rəqəmsal bacarıqlarının inkişafını hədəfləyən proqramda iştirak üçün 457 müraciət arasından seçilən 20 gənc 3 ay ərzində süni intellekt sahəsində nəzəri və praktiki biliklər əldə edib. Təlim müddətində iştirakçılar müxtəlif layihələr üzərində çalışaraq əldə etdikləri bilikləri real tapşırıqlar üzərində tətbiq etmək imkanı qazanıblar.

PAŞA Bank əməkdaşlarının iştirakı ilə inkişaf sessiyaları təşkil olunub. Bankın müxtəlif istiqamətlər üzrə peşəkarları yumşaq bacarıqlar, layihələrin idarə edilməsi, şəxsi və korporativ brendinq, rəqəmsal marketinq, strateji kommunikasiyalar və böhran idarəetməsi mövzularında seminarlar keçiriblər. Bu sessiyalar gənclərin həm peşəkar, həm də şəxsi inkişafına töhfə verib.

Bank üçün insan kapitalının inkişafı və gənclərin potensialının dəstəklənməsi sosial məsuliyyət fəaliyyətinin əsas istiqamətlərindəndir. “AI for Good” layihəsi də məhz bu yanaşmanın davamıdır. PAŞA Bank gələcəkdə də təhsil, inkişaf və innovasiyanı təşviq edən layihələrə dəstəyini davam etdirəcək.

22.06.2026 11:10
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19