Azərbaycanda orta maaş 90 qəpik artıb
2025-ci ilin dekabr ayında 1102,9 manat təşkil etmiş orta aylıq nominal əməkhaqqı 2026-cı ilin yanvar ayında 90 qəpik artaraq 1103,8 manata çatıb. Son 12 hesabart ayında isə orta maaş 40,9 manat artıb.Dövlət Statistika Komitəsi ölkədə muzdla çalışan işçilərin sayı və əməkhaqqı barədə məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2026-cı il fevralın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 782 min nəfər olmuş, onlardan 861,4 min nəfəri dövlət sektorunda, 920,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi təhsil, 13,8 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2026-cı ilin yanvar ayında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 faiz və ya 40,9manat artaraq 1103,8 manat təşkil etmişdir.
Xatırladaq ki, 2025-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 9,3 faiz artaraq 1102,9 manat təşkil etmişdi.
2025-ci ilin yanvar ayında isə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,8 faiz artaraq 1062,9 manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 21 saat sonra
-
- 3 d. əvvəl
-
51 d. əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq"
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Ən çox oxunanlar
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"


























