Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib

… təyin edilib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırova müavinlər təyin edilib.

Bu brədə Dövlət Agentliyinə istinadən xəbər verilir.

Məlumata görə, bununla bağlı dövlət başçısı yeni sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Cəfər Babayev Agentlik sədrinin birinci müavini, İlqar HəsənovMirzə Mirzəyev isə Agentliyin sədr müavini vəzifələrinə təyin olunub.

Cəfər Babayev 1980-ci ildə Bakıda anadan olub, 2002-ci ildə Bakı Dövlət Universitetini Beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2004-cü ildə isə həmin universiteti magistratura səviyyəsində fərqlənmə diplomu ilə bitirib. 2005-2006-cı illərdə "Chevening" Təqaüd Proqramı çərçivəsində İngiltərənin Uorvik (Warwick) Universitetində beynəlxalq iqtisadi hüquq üzrə magistr, 2014-2016-cı illərdə isə İspaniyanın İE Biznes Məktəbində MBA dərəcəsi alıb. O, 2021-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baş məsləhətçi vəzifəsini icra edib. 2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub. 2025-ci ilin fevral ayından bu təyinatadək Dövlət Agentliyində sədrin müşaviri vəzifəsində çalışıb. Ailəlidir, 2 övladı var.

İlqar Həsənov 1980-ci ildə Bakıda anadan olub, 2000-ci ildə Azərbaycan Qərb Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsini bitirib, 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistr, 2020-ci ildə York Universitetinin Schulich Biznes Məktəbində MBA dərəcəsini alıb. 2020-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunda Baş direktorun müavini, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışıb.2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub. 2025-ci ilin fevral ayından bu təyinata qədər Dövlət Agentliyində sədrin müşaviri vəzifəsində çalışıb. Ailəlidir, 2 övladı var.

Mirzə Mirzəyev 1992-ci ildə Bakıda anadan olub, 2012-ci ildə Bakı Dövlət Universitetinin ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr səviyyəsinini bitirib, 2014-cü ildə Böyük Britaniyanın "Queen Mary" Universiteti, 2015-ci ildə isə Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından Ümumi iqtisadiyyat ixtisası üzrə magistr dərəcəsi əldə edib. O, əmək fəaliyyətinə 2011-ci ildə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-mədəni Mərkəzində iqtisadçı vəzifəsində başlayıb, 2013-cü ilə qədər burada çalışıb. 2015-2016-cı illərdə Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsində aparıcı məsləhətçi vəzifəsində əmək fəaliyyətini davam etdirib, 2024-cü il aprel ayından bu təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəisi vəzifəsində işləyib.

İş elanları AzVak.az-da

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Elnur Bağırov müavin təyinatı Cəfər Babayev birinci müavin İlqar Həsənov Mirzə Mirzəyev dövlət sərəncamı kadr təyinatı Antiinhisar qurumu İqtisadiyyat Nazirliyi dövlət idarəçiliyi tərcümeyi-hal MBA təhsili beynəlxalq iqtisadi hüquq dövlət xidməti Azərbaycan iqtisadiyyatı dövlət agentliyi rəhbərliyi
10.02.2026 17:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18