Kredit yarmarkalarında 1 milyon manata yaxın kredit ayrılıb
Aqrar Biznes Festivalları çərçivəsində keçirilən kredit yarmarkalarında fermer və sahibkarlıq subyektlərinə 1 milyon manata yaxın kredit ayrılıb.Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə regionlarda kənd təsərrüfatının inkişafı, yerli sahibkarlığın təşviqi və fermerlərin maliyyə əlçatanlığının təmin edilməsi məqsədilə keçirilən Aqrar Biznes Festivalları çərçivəsində cari il ərzində 7 “Kredit Yarmarkası” təşkil edilib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, yarmarkalarda dövlətin maliyyə qurumları, bank sektoru, bank olmayan kredit təşkilatlarının, eləcə də fermer və sahibkarların fəal iştirakı təmin olunub.
Kredit yarmarkasının əsas məqsədi regionlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərini, məhsul istehsalçılarını maliyyə resurslarına çıxış imkanları ilə təmin etmək və aqrar sektorun dayanıqlı inkişafını dəstəkləməkdir.
2025-ci ilin ilk 6 ayı ərzində təşkil olunan yarmarkalar çərçivəsində banklar və bank olmayan kredit təşkilatları tərəfindən fermer və sahibkarlıq subyektlərinə ümumilikdə 965 500 manat dəyərində kredit verilib.
Yarmarkalar çərçivəsində maliyyələşmə imkanları, güzəştli kredit alətləri, subsidiya və təminat mexanizmləri mövzularında “Dövlətin maliyyə mexanizmləri” panel sessiyaları təşkil olunub. Müzakirələrdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Biznesin İnkişafı Fondu, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Məşğulluq Agentliyi və ölkənin aparıcı bankları və bank olmayan kredit təşkilatları iştirak ediblər. Panel sessiyaları zamanı dövlətin kənd təsərrüfatı sektoruna yönəltdiyi maliyyə dəstək alətləri, subsidiyalar, güzəştli kreditlər, aqrar sığorta imkanları və fermerlər üçün yaradılan maliyyə mexanizmləri barədə fermer və sahibkarlara məlumatlar verilib. Cari il ərzində 6 iqtisadi rayonu əhatə etməklə İmişli, Ağdaş, Zəngilan, Quba, Samux və Şəmkir rayonlarında “Dövlətin maliyyə mexanizmləri” mövzusunda 6 panel müzakirə təşkil edilib. Müzakirələr zamanı iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, mövcud çağırışlar və imkanlar təhlil olunub, praktiki suallara cavab verilib.
Qeyd edilib ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə fermerlərin maliyyə resurslarına çıxışın asanlaşdırılması və sahibkarlığın təşviqi istiqamətində Aqrar Biznes Festivalları çərçivəsində kredit yarmarkaları və “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələrin il ərzində davamlı şəkildə bütün iqtisadi rayonlarda təşkili nəzərdə tutulur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























