Azərbaycan startapları Avstriyada investorlara təqdim olunub
İnvestorlar Azərbaycanın 2 startapı ilə yaxından maraqlanıb və gələcək dövrlərdə əməkdaşlıq aparmaq istədiklərini bildiriblər.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və “SUP VC” şirkətinin təşkilatçılığı ilə 6 startap komandası Avstriyanın Vyana şəhərinə təcrübə mübadiləsi məqsədilə səfər edib.
Sözügedən komandalar mədəni irsin rəqəmsallaşdırılması istiqamətində proqramlaşdırma kursları təqdim edən və mədəniyyət sahəsində olan problemlərə həll yolları tapmağa çalışan “CulTech İnkubasiya Proqramı” çərçivəsində qalib seçiliblər.
Təcrübə səfəri “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının müvafiq bəndinin icrası ilə əlaqədar Mədəni Yaradıcı Sənayelərin (MYS) üzrə ixrac imkanlarının genişlənməsinə yönələn təşviq mexanizmlərinin yaradılması məqsədilə təşkil olunub.
Ümumilikdə 3 gün davam edən səfər 3-5 mart tarixlərini əhatə edib. İştirakçılar səfər müddətində Avstriya Kommersiya Palatasını ziyarət edib, Startaplarla iş Departamentinin rəhbəri ilə görüşüblər. Sonra Avstriya Startap Evi ilə tanışlıq baş tutub. Qonaqlara həmçinin Avstriya Startap Ekosistemi haqqında daha ətraflı məlumat almaq imkanı yaradılıb.
Növbəti gün “CulTech” sahəsində uğurlu startaplardan olan Avstriya startapı “Artivive”nin ofisinə tur təşkil olunub və burada Avstriyalı investorlar və ekosistem oyunçuları qarşısında ölkəmizi təmsil edən 6 komanda öz layihələrini təqdim ediblər.
Nəticə olaraq 2 startapla investorlar yaxından maraqlanıb və gələcək dövrlərdə əməkdaşlıq aparmaq istədiklərini bildiriblər.
Eyni zamanda “Avstriya Culttech Asossasiyası” gələcəkdə qarşılıqlı mübadilə proqramlarının mümkünlüyü barədə təkliflər irəli sürüb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















