3-cü dəfə Azərbaycanın sevilən suyu seçildi
(®) Azərbaycanın qablaşdırılmış içməli su bazarında əhaliyə təqdim edilən bir neçə su markası mövcuddur. Onların alıcılıq qabiliyyəti və rəqabət payı üzrə “ERA Marketing Center” tərəfindən aparılan ənənəvi araşdırma başa çatıb.
Araşdırmada əhali arasında sorğu keçirilərək yüksək tələbatlı su markalarının siyahısı hazırlanıb. Maraq üçün qeyd edək ki, suallar beynəlxalq standartlara uyğun verilir və sorğu əhatə dairəsinə görə bütün bölgələri əhatə edir.
Builki sorğuda iştirak edən respondentlərin rəyinə əsasən, aşağıda qeyd olunan 5 göstəricinin ümumi ortalaması üzrə "Sirab" markası digər markalar ilə müqayisədə daha üstün göstəriciyə sahib olub.
Ölkənin sevimli su markası aşağıdakı 5 fərqli indeksə görə hesablanıb.
1. Real dəstəkçi göstəricisi (Loallıq –NPS)
2. Məmnuniyyət indeksi (CSAT)
3. Ümumi təəssürat
4. Keyfiyyət qavranışı
5. Qiymət –keyfiyyət balansı/marka dəyəri qavranışı
2023-cü ilin sonunda istehlakçılar arasında aparılan sorğunun nəticəsində “Sirab” brendi liderliyini qoruyub. Müxtəlif kriteriyaları əsas götürən istehlakçıların çoxu “Sirab” adını çəkib. Beləliklə "Sirab" üçüncü dəfə Azərbaycanın sevilən suyu seçilib.
“Sirab Satış və Dağıtım" MMC-nin təsisçisi və direktoru Alper Yaycılı təmsil etdiyi markanın liderliyini qorumasını belə əsaslandırıb: “Azərbaycanın müxtəlif ərazilərində yaşayan “Sirab” istifadəçilərinin sorğuda markamızı seçməsi qürurludur. “Sirab” məhz müştərilərin - onu seçənlərin sayəsində liderliyini qoruyur. Bizə görə hər bir müştərinin rəyi – dəstəyi çox önəmlidir.
Media vasitəsilə “Sirab”ı seçdiklərinə görə insanlara təşəkkür edirəm. Azərbaycan torpağına bəxş olunan təbii su ehtiyatı olan “Sirab”ı süfrəyə daşımağın məsuliyyətini dərk edirik. “Sirab” markasının öz sahəsində öndə olması həm də onun milyonlarla müştərisinin düzgün seçim etməsi deməkdir. “Sirab” təbii mineral müalicəvi süfrə suyu illərdi etimadı doğruldur və keyfiyyətini qoruyur. Bu gün “Sirab” təkcə Azərbaycanda deyil, həm xarici ölkələrdə tanınan və sevilən milli brendimizdi. Keyfiyyətimiz bizim uğurumuzun əsas sirridir”
“Sirab” 70 ildən çox müddətdə istehlakçının gözləntisini doğruldur. Minerallarla zəngin olan “Sirab” suyunun Azərbaycanla yanaşı ABŞ, Kanada, Rusiya, Belarus, Qazaxıstan, Türkiyə, Türkmənistan, Çin, İran, İraq, Qətər, Polşa, Kuveyt, Ukrayna və Baltikyanı ölkələrdə özünəməxsus yeri var. Bu o deməkdir ki, “Sirab” mineral suyu Avropa bazarında da layiqli yerini tutub.
Qeyd edək ki, “Sirab” markası Azərbaycan idmanının qüruru “Qarabağ” FK və Azərbaycan Voleybol Federasiyasının rəsmi su təminatçısıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























