İtaliya süni qida məhsullarını qadağan etməyi planlaşdırır
Bu təşəbbüsü Kənd Təsərrüfatı naziri Françesko Lollobrigida da dəstəkləyib.İtaliya parlamentinin aşağı palatası sintetik (süni) qida məhsullarının istehsalı, idxalı və satışının qadağan edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsinə başlayıb. Bundan əvvəl müvafiq təklif yuxarı palatada (Senatda) artıq təsdiqlənmişdi.
Marja xəbər verir ki, beləliklə, İtaliya sintetik qida məhsullarını qadağan edən ilk ölkə olacaq.
Bu təşəbbüsü Kənd təsərrüfatı naziri Françesko Lollobrigida dəstəkləyib. Qanunvericilik təşəbbüsünə təkan İtaliyanın kənd təsərrüfatı istehsalçılarının Coldiretti assosiasiyası tərəfindən verilib, o, məlumat kampaniyası keçirib və qanun layihəsini dəstəkləmək üçün 2 milyondan çox imza toplayıb. Onun sözlərinə görə, dörd italiyalıdan üçü (74%) “laboratoriyada yaradılmış qida”nın yayılmasını istəmir.
Coldiretti-nin rəbəri Ettore Prandini Coldiretti-nin Avropa qurumlarını daha ayıq-sayıq olmağa çağırıb.
O, həmçinin xatırladıb ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının süni qidalar üzərində apardığı araşdırmalar xəstəliklərin ötürülməsi, heyvan infeksiyaları və mikroblarla çirklənmə ilə bağlı risklərə işarə edir.
Coldiretti-nin təqdim etdiyi hesablamalara görə, istehsal olunan hər 1 kq sintetik ətə görə ayrılan karbon qazının nisbəti ənənəvi heyvandarlıqdan 4-25 dəfə çoxdur.
Əvvəllər İtaliya hökuməti supermarketlərdə həşərat tozu əlavələri olan unu uzaqlaşdırmaq və ayrı-ayrı rəflərdə yerləşdirmək qərarına gəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























